Bakcell şirkəti developerlər üçün “Pitçinq” üzrə master-klass təşkil edib
Tarix: 29.11.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir təlim təşkil edib. “Pitçinq” üzrə master-klassda (Qısa təqdimat üzrə təlim) iştirakçılara qısa təqdimatların üç əsas üsulu olan “the high-concept pitch” (startap ideyasının bir qısa cümlə ilə ifadə etmək bacarığı), “the elevator pitch” (“lift təqdimatı” üsulu) və “the pitch deck” (“Power Point” və s. alətlər vasitəsilə qısa təqdimat) barədə ətraflı məlumat verilib. “The high-concept pitch” adlanan ilk üsul startapın ideyasını bir cümlə vasitəsilə ifadə etməkdən ibarətdir. Bu üsul sayəsində şirkət barədə məlumat dostlar, müştərilər və investorlar tərəfindən daha asan şəkildə yayıla bilər. Applab iştirakçılarının təlim zamanı öyrəndikləri digər təqdimat üsulu “the elevator pitch” (“lift təqdimatı” üsulu) adlanır. Bu üsulun əsas mahiyyəti məhsul və komanda barədə məlumatın müvafiq auditoriyaya 30 saniyə ərzində çatdırılmasından ibarətdir. Bu kimi təqdimat növündən liftdə və yaxud növbədə dayanarkən istifadə oluna bilər. Digər təqdimat üsulu isə “the pitch deck” adlanır ki, bu da biznes-plana bənzər bir təqdimat növüdür. Bu təqdimat əsas məqsəd, xülasə, komanda barədə məlumat, əsas problemlər və onların həlli yolları və s. kimi hissələrdən ibarətdir. ““Pitçinq” üzrə master-klass sayəsində mən təqdimat etmə sənətinin incəliklərini daha yaxşı başa düşürəm. Uğurlu təqdimat etmək üçün sadəcə gözəl danışıq qabiliyyətinə malik olmaq kifayət deyil”, deyə “CineMania.az” layihəsinin təsisçisi Cavid Axundov bildirib. “Applab” proqramıının iştirakçısı olan “Buket.al” startap layihəsinin sosial media üzrə mütəxəssisi Vəfa Məmmədzadə isə “Təlim zamanı mən bir neçə yeni termin ilə tanış olaraq satış sahəsində yeni yanaşmalar və qısa təqdimat üsulları barədə ətraflı məlumat almışam. Təlimin ən maraqlı hissələrdən biri isə təlimçilərin bu mövzu ilə bağlı real həyatdan götürülmüş misalları və şəxsi təcrübələri oldu”, deyə bildirib. Qarşıdakı aylar ərzində Bakcell şirkəti developerlər üçün blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcəkdir. “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info