Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub
Tarix: 29.11.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov və şəhərin ictimai fəalları iştirak ediblər. Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Baş həkim qeyd edib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılması xəstəxananın kollektivinin çoxdankı arzusu olub. “Zərifə Əliyeva insanlara nur bəxş edən alim olub”, - deyən baş həkim belə bir mərkəzin açılması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə, deputat Fəxrəddin Muxtarova, xeyriyyəçi Könül İbrahimovaya təşəkkürünü bildirib. Azərbaycan və Ukrayna arasında münasibətlərin dərinləşdiyini vurğulayan səfir A.Xudiyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə xarici ölkələrdə çox uğurlu sosial layihələr həyata keçirilir. Bu gün açılışında iştirak etdiyimiz Oftalmoloji Mərkəzin yaradılması da bu cür sosial layihələrin tərkib hissəsidir. Səfir deyib ki, Ukraynanın İrpen şəhərindən sonra ikinci böyük şəhəri olan Lvovda Zərifə Əliyevanın adının əbədiləşdirilməsi böyük hadisədir. “Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü humanist siyasətin nəticəsidir”, - deyə A.Xudiyev əlavə edib. “Bu Oftalmoloji Mərkəz minlərlə insana işıq, həyat bəxş edəcək”, - deyən Lvov şəhər səhiyyə şöbəsinin müdir müavini Natali Litvinskaya çıxışında bu nəcib işdə göstərdikləri dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Lvov vilayətində qeydə alınan xəstəliyin 10 faizi göz xəstəliklərinin payına düşür. Bu baxımdan müasir tibbi avadanlıqla təchiz olunmuş Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz lvovlular üçün böyük əhəmiyyətə malikdir. Mərkəzdə gözdən əlil uşaqların, veteranların müayinəsi pulsuz aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info