İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb
Tarix: 30.11.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycan, Türkiyə və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Gürcüstan paytaxtında keçirilən İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb. Panel iclaslarında davam edən müzakirələrdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili iştirak edib. Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunub. Çıxışlarda Cənubi Qafqaz ölkələrinin, xüsusən Azərbaycanın, Türkiyənin və Gürcüstanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi qeyd olunub. Eyni zamanda, hər üç ölkənin iştirakı ilə reallaşdırılan nəqliyyat layihələri, yaradılan nəqliyyat infrastrukturları, logistik mərkəzlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, iki gün davam edən müzakirələr zamanı Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı, yeni mərkəzlərin yaradılması və s. təkliflər olduqca əhəmiyyətlidir. İştirakçı ölkələr bu təkliflərin reallaşdırılması istiqamətində səmərəli iş aparmalıdırlar. Müzakirələr zamanı vurğulanıb ki, yeni layihələr həm də geniş investisiya imkanları açır. Beynəlxalq maliyyə qurumları, eləcə də ayrı-ayrı dövlətlər bundan səmərəli istifadə edəcəklər. Bu da xalqların və ölkələrin inkişafında mühüm rol oynayacaq. Tədbirdə, həmçinin həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub. Xatırladaq ki, 50-dən çox ölkədən 1000-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının direktoru Taleh Ziyəddinov və digər rəsmi şəxslər təmsil edirlər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info