Səfir Andreas Peşke: “Status-kvonun saxlanılması yolverilməzdir”
Tarix: 30.11.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Almaniya XİN:
“Azərbaycan Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətli dövlətdir”
Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlində elmi simpozium keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan və bu uğurların, eləcə də Ermənistanın işğalçılıq siyasətinin Almaniya ictimaiyyətinə tanıtdırılması üçün bu kimi tədbirlərin əhəmiyyətindən danışıb. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu bildirib və Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Cənubi Qafqazda alman məskənləri salınmasının 200 illik yubileyi münasibətilə 2017-ci ildə bir sıra tədbir və layihələrin həyata keçirildiyini deyib. Səfir iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığı vurğulayıb. R. Həsənov dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini söyləyib. Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətindən, diplomatik münasibətlərin qurulmasından bəri iki ölkə arasında əlaqələrin davamlı inkişafından və müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin əhəmiyyətini vurğulayıb və bildirib ki, status-kvonun saxlanılması yolverilməzdir. Alman diplomat ölkəsinin gələcəkdə də Minsk qrupunun üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışacağını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info