Göyçay xurmasının 80 faizi Rusiyaya ixrac edilib
Tarix: 30.11.2017 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Göyçay rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb. Bu il hava şəraitinin əlverişli keçməsi və düzgün aqrotexniki qulluq nəticəsində rayonun 30-a yaxın kəndindəki xurma bağlarında bol məhsul yetişdirilib.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub. Göyçayda mövcud olan 825 hektar barverən xurma bağından yığılan 25 min 400 ton məhsulun təxminən 80 faizi Rusiyaya ixrac edilib. Məhsulun bir qismi isə digər MDB ölkələrinin bazarlarına göndərilib. Xurma məhsulunun bağlardan toplanılması, qablaşdırılması, avtomobillərə yüklənilməsi və xarici ölkələrə daşınması prosesinə 600-dən çox rayon sakini cəlb olunub ki, bu da onların mövsümü işlə təmin edilərək qazanc əldə etməsinə səbəb olub.
Kəndlilər məhsulu öz həyətlərində müştərilərə münasib qiymətə, yəni bir kiloqramını 70 qəpiyə satıblar. Ötən il rayonda xurma bağlarından 21 min 600 ton məhsul toplanılıb. Bu il isə ötən ildəkindən 3 min 800 ton çox məhsul istehsal edilib.
Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 10 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 15 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması, meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi, eləcə də hazırda rayonda Xurma Qurutma Fabriki və Logistik Mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
25.04.2019
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25.04.2019
“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Anlaşma Memorandumu imzaladı
25.04.2019
Çin şirkətləri bərpaolunan enerji sahəsində iştiraka dəvət edilib
25.04.2019
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info