Səfirlikdən “Cənub Qaz Dəhlizi” ilə bağlı qərəzli yazıya tutarlı cavab
Tarix: 30.11.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Avropa xəbərlərini işıqlandıran “EurActiv” informasiya portalında “CEE Bankwatch” qeyri-hökumət təşkilatının (TAP kəməri əleyhinə fəaliyyət göstərən QHT konsorsiumunun üzvü) “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı qərəzli yazısına cavab olaraq, Azərbaycanın Belçikadakı səfirliyi həmin portalda “Cənub Qaz Dəhlizi Avropa İttifaqının şərqində çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir” sərlövhəli məqalə dərc etdirib.
Layihənin ətraf mühitə təhlükə törətməsi və onun Avropa ictimaiyyəti üçün əlverişsizliyi ilə bağlı hər hansı sübutlar ortaya qoya bilməyən “CEE Bankwatch” QHT-nin müəllifi olduğu məqalənin yeganə məqsədi şayiələrlə əsassız ittihamları bir-birinə qarışdırmaqla Azərbaycanı gözdən salmaqdır.
Səfirliyin cavab məqaləsində bildirilir ki, 1990-cı illərdən başlayaraq yeni bağlantılar və boru kəmərlərinin inşa edilməsi istiqamətində göstərdiyi real səylər sayəsində Avropanın enerji təhlükəsizliyinin yaradılmasında və ona töhfə verilməsində Azərbaycanın strateji rolu Avropa İttifaqı tərəfindən geniş miqyasda tanınıb və təqdir edilib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri Avropa üçün mərhum Prezident Heydər Əliyevin əsasını qoyaraq inkişaf etdirdiyi alternativ mənbələrdən alternativ həcmlərin nəqli konsepsiyasının müjdəçisi oldu.
Hazırda Azərbaycan Avropa İttifaqının qaz tələbatının 5 faizini qarşılayır. Çoxmilyardlıq Cənub Qaz Dəhlizi sadəcə enerji təhlükəsizliyi layihəsi kimi görülməməlidir. Bu, həm də Mərkəzi Asiyada Avropa İttifaqı bazarına çıxış imkanları axtaran digər tərəfdaşlar üçün etibarlı bağlantı təşəbbüsüdür. Onun həyata keçirilməsinə cəlb olunmuş xüsusən Avropa İttifaqının 2 üzvü, 2 namizəd ölkə, 1 assosiativ tərəfdaş və Azərbaycan arasında dinamik qarşılıqlı əlaqələr yaradan Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir.
Cənub Qaz Dəhlizi Avropa İttifaqı və digər ölkələrdə minlərlə iş yerinin açılmasına vəsilə olmaqla dövlətçiliyin, iqtisadi və sosial dayanıqlılığın gücləndirilməsi ilə bağlı Şərq Tərəfdaşlığının məqsədlərinin həyata keçirilməsinə daha çox nəticələr qazandırır. Cənub Qaz Dəhlizinin başlıca komponenti olan Trans-Adriatik boru kəməri (TAP) Yunanıstanda həyata keçirilən birbaşa xarici investisiya layihələrinin ən böyüyüdür. Yunanıstan üçün bu, 1,5 milyard avrodan çox sərmayə və 8 min iş yeri deməkdir.
TAP boru kəməri ev sahibi ölkələrinin hökumətləri tərəfindən təsdiqlənmiş Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi strategiyalarında öz əksini tapmış layihə standartlarının yerinə yetirilməsinin dəstəklənməsi məqsədilə ətraf mühit, mədəni və ictimai irsin idarə olunması mexanizmlərini yaradıb.
Təbii mühitin qorunub saxlanılmasına nail olmaq məqsədilə tikinti öncəsi TAP və onun podratçıları özündə ətraf mühit, sosial və mədəni irs amillərini ehtiva edən geniş və çoxistiqamətli araşdırmaları yekunlaşdırıb. Bundan əlavə, boru kəmərinin İtaliya ərazisindən keçən hissəsində hər bir zeytun ağacı diqqətlə müayinə olunub, kəmərsalma işləri başa çatdıqdan sonra yenidən əkilməsi məqsədilə ehtiyatla müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. TAP, həmçinin Balkan və Şimal-Şərqi Avropa ölkələrindən olan istehlakçılara daha yaxşı enerji tədarükünü təmin etməyə, o cümlədən kömürlə işləyən köhnəlmiş elektrik stansiyalarının əvəzlənməsi yolu ilə atmosferə buraxılan karbon dioksid tullantılarının miqdarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmağa yardım edəcək.
Avropa İttifaqı, eləcə də layihənin iştirakçıları “Cənub Qaz Dəhlizi” layihəsinin faydalarına tam şahidlik edirlər və buna görə də onlar layihənin tam fəaliyyətini təmin edəcək əlverişli şərait yaratmağa sadiqdirlər. Avropa Yenidənqurma və İnkişaf Bankının layihəyə kredit ayırması ilə bağlı qərarı Avropa İttifaqının layihəyə praqmatik yanaşmasının reallaşdırılması istiqamətində atılan düzgün addımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Arakanlı müsəlman immiqrantlar ölkələrinə qayıtmaq istəmir
22.08.2019
Kosovoda növbədənkənar parlament seçkiləri keçiriləcək
22.08.2019
İranda 2 deputat saxlanılıb
22.08.2019
İranda “Baver 373“ hava hücumundan müdafiə sisteminin təqdimatı keçirildi
22.08.2019
ABŞ bu qərarı ləğv etməzsə, Çin tərəfindən sanksiya başlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info