Mərkəzi Bank ipoteka kreditini sadələşdirən proqram hazırlayır
Tarix: 16.05.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


İpoteka ilə bağlı hansı yeniliklərin olacağına gəldikdə isə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə açıqlamasında bildirdi ki, ipoteka məsələsi çox həssas bir məsələdir: “Hökumətin I rübün yekunlarına həsr olunmuş iclasında ölkə başıçısı tərəfindən də bu məsələyə toxunulub. İpotekaya ayrılacaq resursların artırılması məsələsi gündəmdədir. Eyni zamanda Mərkəzi Bank ölkədə ipoteka kreditləşməsi mexanizmlərinin təkmilləşməsi istiqamətində strateji bir proqram sənədi hazırlayır. Burada beynəlxalq təcrübə nəzərə alınmaqla bu işin daha təkmil, asan, əlyetərli olması üçün həmin təkliflər öz əksini tapır. Hansı kateqoriyanın sosial, güzəştli ipotekaya cəlb edilməsi məsələsi qanunvericilik məsələsidir. Əgər subay şəxslər üçün belə bir fikir səslənibsə, yəqin bu məsələ onlara da şamil olunacaq”. Şərtlərin dəyişdirilməsinə gəldikdə isə A.Quliyev bildirdi ki, burada bürokratiya məsələlərinin asanlaşdırılması, təqdim olunacaq sənədlərin daha asan formada təqdimi, məbləğin artırılması, faiz dərəcələrinin aşağı salınması, müddət də daxil olmaqla bütün kompleks məsələlər hamısı təqdim olunan təkliflərdə öz əksini tapır: “İlkin ödənişlə bağlı burada “Zəmanət Fondu” məsələsi də gündəmdədir, yəni ilkin ödənişi vermək imkanı olmayan adamlara həmin fond vasitəsilə vəsaitlərin verilməsi, sonra ödənişdir. Əgər o mexanizm qəbul olunacaqsa, təbii ki, ilkin ödənişlərin ləğvi məsələsi də gündəmə gələ bilər. İpoteka Fondu 2006-cı ildən fəaliyyətə başlayıb, bu dövr ərzində 10 minə yaxın ailə öz mənzil şəraitini yaxşılaşdırmaq imkanı əldə edib. Regionlara ipotekanın verilməsi də aktual məsələdir. Regionlarda bunun tətbiqi üçün bütün hazırlıq işləri görülməlidir. Təmərküzləşmə əsasən iri şəhərlərdə, əsasən Bakıdadır. Proses getdikcə regionlarda istiqamətlənəcək. Ancaq əsas kütlə Bakıya cəmləşdiyi, əsas tələbat bu şəhərdə formalaşdığı üçün təbii ki, ilk növbədə burdan başlayırıq. İpoteka hazır mənzilin girov qoyulması yolu ilə onun əldə olunması məsələsidir. Regionlarda satılacaq hazır girovlar olacaqsa, ipoteka nədən olmasın? Bu, fərdi yaşayış evlərinə də tətbiq oluna bilər. Təkliflər paketində regionlar da nəzərdə tutulacaq”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info