Statistika Komitəsi Almatıda keçirilən beynəlxalq tədbirdə təmsil olunur
Tarix: 30.11.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Dövlət Statistika Komitəsinin nümayəndələri Almatıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair seminarda iştirak edirlər.
Komitənin mətbuat xidmətindən bildirilib ki, noyabrın 28-30-da Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Milli Statistika Komitəsi, BMT-nin Statistika şöbəsi, Avropa İqtisadi Komissiyası və Ətraf Mühit üzrə Proqramının təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri, Monqolustan, Türkiyə və Rusiya milli statistika orqanlarının rəhbərləri üçün “Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin istehsalına qeyri-ənənəvi məlumat mənbələrinin inteqrasiyası: İnstitusional və təşkilati mühit, əməkdaşlıq, dialoq və tərəfdaşlıq” mövzusunda seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edirlər.
Tədbirin gündəliyinə uyğun olaraq, rəsmi statistikanın və DİM göstəricilərinin hazırlanması üçün inzibati reyestrlər, geoməkan məlumatları və “Big Data” adlanan irihəcmli məlumatlar kimi qeyri-ənənəvi məlumat mənbələrinə də dövlət statistika orqanlarının əlyetərliliyinin təmin olunması, institusional, təşkilati və texniki mühit məsələləri müzakirə edilir.
Qeyri-ənənəvi məlumatlardan istifadəyə dair hüquqi və metodoloji baza, belə məlumatların keyfiyyətinin rəsmi statistikanın tələblərinə cavab verməsi üçün həyata keçirilən tədbirlər və mövcud problemlərlə bağlı ölkə təcrübələrindən bəhs edən təqdimatlar keçirilir. Təqdimatlarda əsas diqqət rəsmi statistika istehsalçıları ilə qeyri-ənənəvi məlumat mənbələrinin sahibləri və məlumat istifadəçiləri arasında dialoq, əməkdaşlıq, idarəetmə məsələlərinə, həmçinin effektiv əlaqələndirməyə yönəlib.
Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri də təqdimatla çıxış edərək statistik reyestrlər və inzibati məlumat mənbələri, onların rəsmi statistikada istifadəsi sahəsində ölkəmizdə mövcud olan hüquqi baza və institusional mühitlə bağlı məlumat veriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info