Bələdiyyə üzvləri Avstriyada keçirilən beynəlxalq tədbirdə iştirak edirlər
Tarix: 30.11.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Hümbət Hüseynov və Bakı şəhəri Nərimanov bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Samirə Hüseynova 2017-ci il noyabr ayının 30-dan 01 dekabr tarixinə kimi Avstriya Respublikasının Vyana şəhərində keçiriləcək Şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələləri çərçivəsində “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində görülən işlərin nəticələrinin müzakirəsi ilə bağlı tədbirdə iştirak edəcək.
Avropa Şurasının ekspertləri İtaliya və Fransanın tədqiqatçılarının və alimlərinin rəhbərliyi ilə seminar formatında baş tutacaq tədbirin əsas mövzusu yerli özünüidarəetmə orqanlarında peşəkar inkişaf proqramlarına nəzarət və qiymətləndirmənin elektron qaydada öyrədilməsindən ibarət olacaqdır. 
Tədbirdə iştirakçı ölkələrdə yerli idarəetmə islahatları prosesinə dəstək verilməsi, Avropa standartları və müqayisə prosesləri əsasında yerli idarələrin maliyyə və insan resurlarının idarə edilməsinin təkmilləşdirilməsinə dəstək verilməsinin qiymətləndirilməsi aparılacaq. 
Yerli özünüidarəetmə orqanlarının kadrları yerli özünidarəetmənin əsasını təşkil edən hüquqi, maliyyə və iqtisadi biliklərə kifayət dərəcədə malik olmalı və əsaslandırılmış qərarların qəbul edilməsi məqsədilə bu biliklərin təcrübədə tətbiqini bacarmalıdırlar. Bu mənada yerli özünüidarəetmə orqanlarında çalışan kadrların hazırlanmasında və ixtisaslarının artırılmasında mövcud sistemə nəzarət edilməsi və qiymətləndirilməsinin aparılması strategiyasının reallaşdırılmasında keçiriləcək seminarın xüsusi əhəmiyyətini vurğulamaq lazımdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info