Digər qaz hasilatçıları da “Cənub Qaz Dəhlizi”nə qoşula bilərlər
Tarix: 30.11.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsi üzrə əsas konsepsiyalardan biri olan “Cənub Qaz Dəhlizi” layihəsinə başqa qaz hasilatçılarının, o cümlədən Xəzər regionu ölkələrinin qoşulacağı da gözlənilir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Aşqabadda Enerji Xartiyası Konfransının “Gələcəyin dayanıqlı energetika təminatı və nəqletmə marşrutlarının şaxələndirilməsi məqsədilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr edilmiş 28-ci sessiyasında danışılıb.
Azərbaycanın enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verdiyini qeyd edən SOCAR prezidentinin müşaviri Murad Heydərov deyib: “Enerji təhlükəsizliyi məsələləri təkcə qaz istehlakçılarına deyil, həm də istehsalçılarına aiddir. Azərbaycan öz öhdəliklərini, Avropa İttifaqı (Aİ) ölkələrinin alternativ qazla təmin edilməsinə dair Aİ ilə imzaladığı razılaşmanı yerinə yetirir. “Cənub Qaz Dəhlizi” layihəsi iki məsələni həll edir: o, istehlakçıları alternativ qazla təmin edir, eyni zamanda bu qaz alternativ yolla nəql olunur. Uzun onilliklər ərzində ilk dəfə Avropa bazarı qaz tədarük etməyən mənbədən alternativ qaz alacaq. Eyni zamanda, biz hesab edirik ki, “Cənub Qaz Dəhlizi”nin böyük strateji əhəmiyyəti var və o, təkcə 2020-ci ildən başlayaraq Avropaya nəqli olunacaq 10 milyard kubmetr qazla kifayətlənməyəcək. Biz güman edirik ki, başqa qaz hasilatçıları, o cümlədən Xəzər regionu ölkələri də “Cənub Qaz Dəhlizi”nə qoşulacaqlar”. M.Heydərov onu da bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına 40 milyard ABŞ dolları sərmayə yatırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info