“Üçtərəfli görüşdə əsasən iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu”
Tarix: 30.11.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Biz bu görüşün keçirilməsində maraqlı idik. Birinci üçtərəfli görüşdə əsasən ölkələrimiz arasında iqtisadiyyatın inkişafı, xüsusilə ticarət dövriyyəsinin artırılmasına dair məsələlər müzakirə edildi.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə və Pakistan xarici işlər nazirləri ilə keçirilən birinci üçtərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Nazir bu il Azərbaycanın hər iki ölkə ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. O qeyd edib ki, beynəlxalq təşkilatlarda ölkələrimizin mövqeləri üst-üstə düşür.
Nazir görüşdə regional münaqişələr, terrorla mübarizə barədə də müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə Azərbaycanın və Türkiyənin yaratdığı nəqliyyat dəhlizindən Pakistanın da yararlanması təklif olundu. “Ölkələrimiz arasında ikitərəfli və ya üçtərəfli hava nəqliyyatının bərpa olunması məsələsini də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunuq. Parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədədir, amma bu əlaqələr daha da genişləndirilməlidir. Beləliklə, Azərbaycan tərəfi bu görüşdən məmnundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info