Sahibkarlara 874 min manat güzəştli kredit verilib
Tarix: 30.11.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə noyabrın 30-da Balakən rayonunda keçirilən işgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 874 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, mebel istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 150-dək yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum çərçivəsində əvvəlcə Balakən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, çörək istehsalı və meyvəqurutma, tütün, fındıq və süd emalı müəssisələrinin, tütünçülük və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov forumda çıxış edərək bildirib ki, 2017-ci ilin ötən dövründə 1700-dək sahibkara 114 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Diqqətə çatdırılıb ki, Fond tərəfindən bu günədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2270-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,4 milyon manat güzəştli kredit ayrılıb. 2017-ci ilin ötən dövründə ölkədə tütünçülüyün inkişafı ilə bağlı 100-dək sahibkara 1,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Balakən rayonunda güzəştli kredit hesabına yaradılmış tütünçülük təsərrüfatına baxış keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info