Strateji Yol Xəritəsi üzrə müzakirə aparılıb
Tarix: 30.11.2017 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyində kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə müzakirə aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili məqsədilə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nazirlikdə yaradılmış işçi qrupun ilk iclası keçirilib. İclasda Təhsil, Maliyyə, Vergilər və Ədliyyə nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
İclasda adıçəkilən yol xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi, eləcə də tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi istiqamətində müzakirələr aparılıb.
Eyni zamanda, iclasda qeyd olunan yol xəritəsinin Tədbirlər Planının müvafiq yarımbəndinin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış "Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya"nın layihəsi müzakirə olunub və işçi qrupunun üzvlərinin müvafiq rəy və təklifləri nəzərə alındıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin işçi qrupunun növbəti iclasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilməsi və həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatlarının dinlənilməsi müzakirə olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info