Alimlər üçün xüsusi mükafat təsis olunacaq
Tarix: 16.05.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq alimlər üçün xüsusi mükafat təsis olunacaq. Bunu Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, fond öz fəaliyyətində müxtəlif qurumlarla əməkdaşlıq edir: “2-ci “Şuşa qrantı” UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə birlikdə elan olunub. İstəyirik ki, alimlər üçün xüsusi mükafatı da həmin təşkilatla birgə təsis edək.
Hazırda bu məsələ üzərində iş gedir”. İcraçı direktor, həmçinin deyib ki, 2-ci “Şuşa qrantı” müsabiqəsi çərçivəsində qaçqın və məcburi köçkünlərin reproduktiv sağlamlıq məsələləri də öz əksini tapacaq: “1-ci “Şuşa qrantı” üzrə 4 layihə uğurla yerinə yetirilib. Artıq bu müsabiqə üzrə 2 layihənin ölkədən kənarda təqdimatını keçirməyə də hazırlaşırıq. Bu səbəbdən 2-ci “Şuşa qrantı”nın əhatə dairəsini genişləndirdik. Hesab edirik ki, 2-ci “Şuşa qrantı müsabiqəsinə daha çox müraciətlər olacaq. Budəfəki müsabiqədə ənənəvi ictimai-humanitar mövzularla yanaşı, tibb sahəsi üzrə də müəyyən layihələr gözləyirik. Qaçqın və məcburi köçkünlərin reproduktiv sağlamlıq məsələləri, onlar arasında psixoloji durum və bu kimi digər məsələlər “Şuşa qrantı”nda öz əksini tapacaq”. Elçin Babayev qeyd edib ki, uğurlu elmi tədqiqatları olmayan elmi müəssisələrin özəlləşdirilməsi təklifinə münasibətim müsbətdir: “Müəyyən elm müəssisələrinin özəlləşdirilməsi, elmi nəticələrin kommersiyalaşdırılması onların maliyyə gətirməsi məsələsində müsbət addım ola bilər”. Onun sözlərinə görə, hazırda Azərbaycanda elmi nəticələrin kommersiyalaşdırılması o qədər geniş yayılmayıb: “Ancaq hələ gec deyil. Hesab edirəm ki, bu sahədə addımlar atmaqla yaxın zamanda müəyyən nəticələr əldə etmək olar. Artıq Azərbaycan Milli Elmlər Akademiyasında da bu sahədə fəaliyyət başlayıb. Fikirləşirik ki, Elmin İnkişafı Fondu, akademiya müəssisələri, universitetlər birləşib ölkədə elmin inkişafına nail ola bilərlər. Ümumilikdə “Elm haqqında” qanunun qəbulu ölkədə elm sahəsində çox müsbət dəyişikliklərə gətirib çıxaracaq”. E. Babayev bildirib ki, “Elm haqqında” qanunda müəyyən bəndlər elm sahəsində vəziyyəti kökündən dəyişməyə qadir ola bilər: “Qanun layihəsində qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər təşkilatlar öz gəlirlərinin 1 faizini Elmin İnkişafı Fondunun hesabına keçirməklə elmin inkişafının dəstəklənməsi üçün maliyyə vəsaitinin artmasına kömək edə bilərlər. Hesab edirik ki, qanunda elm sahəsi üzrə qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapmalıdır. Biz bununla bağlı öz təklifimizi etmişik. Hətta qanunda öz əksini tapmasa belə, müxtəlif dövlət qurumları səviyyəsində bu məsələnin həllinə nail olmaq lazımdır. Çünki dünya praktikasına əsasən, elm üzrə qrantlar vergilərin əksəriyyətindən azad olunur. Hətta qonşu Rusiyada da belə praktika tətbiq olunur”.
Cavidan





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info