Oleq Kuznetsov:“Rusiya ermənilərin niyyətini başa düşdü”
Tarix: 30.11.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi, politoloq, qafqazşünas Oleq Kuznetsova beynəlxalq terrorizmlə, o cümlədən erməni terrorizmi ilə mübarizə sahəsində elmi tədqiqatların geniş miqyasda aparılmasına, separatçıların cinayətkar fəaliyyətlərini beynəlxalq hüquq və milli qanunvericilik kontekstində ifşa etməsinə görə İnstitutun "Fəxri professoru" mükafatının verilməsi və "XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva erməni terrorizminin nəticələri, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı, erməni terrorçuların mülki əhaliyə qarşı vəhşiliyi və O. Kuznetsovun erməni terrorizmi ilə mübarizəsindən bəhs edib.

"XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabından söz açan O. Kuznetsov deyib ki, 2015-ci ildə bu kitabın Rusiyada nəşrinə icazə verilməyib. Təqiblərlə üzləşən O. Kuznetsov 4 ay Azərbaycanda yaşamaq məcburiyyətində qaldığını, nəhayət, 2016-cı ildə Moskvada kitabın nəşr edildiyini nəzərə çatdırıb. Erməni diasporunun təqib və təzyiqi ilə üzləşdiyini söyləyən O. Kuznetsov erməni diasporunun nümayəndələrinin onun cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya hüquq-mühafizə orqanlarına müraciət etdiklərini qeyd edib. Kitabda terrorizm çağırışları olmadığını, terrorizmin pisləndiyini vurğulayan tarixçi deyib ki, təşkilatlanmış erməni diasporu hər bir ölkənin təhlükəsizliyi üçün təhdiddir. Rusiyanın da bu baxımdan təhdidlə üzləşdiyini söyləyən O. Kuznetsov qeyd edib ki, Rusiyada erməni terrorizmi təhlükəsi yüksəkdir.
O. Kuznetsov Rusiyada onun cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edən erməni diasporunun nümayəndələrinin adında dostluq sözü olan müxtəlif təşkilatlarda təmsil olunduqlarını və bunun əslində diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib: "Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsini alovlandırmaq Ermənistanın marağındadır. Çünki bu halda Rusiyanın Ermənistan, Türkiyənin Ermənistan tərəfdən müharibəyə qoşulacağına və bununla ermənilərin ümumi marağının təmin olunacağını düşünürdülər. Yaxşı ki, Rusiya ermənilərin bu niyyətini başa düşdü və Cənubi Qafqazda müharibə alovlanmadı".
O. Kuznetsov Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanı faşist dövlət adlandırmasının həqiqəti əks etdirdiyini vurğulayıb.
Sonra O. Kuznetsova AMEA Hüquq və İnsan Haqları İnstitutunun"Fəxri professoru" mükafatı təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info