Əli Əhmədov: “2003-cü ildən bu vaxtadək təxminən 1,9 milyon iş yeri yaradılıb“
Tarix: 30.11.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər

"Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, 9 oktyabr tarixli sərəncamla isə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib". Bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 
Ə. Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində addımlar atılıb və atılır: "Azərbaycanda insanların məşğulluğu istiqamətində hökumət tərəfindən ciddi layihələr həyata keçirilir və bu, ciddi effekt verməkdədir. Prezident İlham Əliyev 2003-cü ildə seçki platformasının əsas istiqamətlərindən biri olaraq 5 il ərzində 500 min iş yerinin yaradılacağı əksini tapmışdı. Sonrakı dövrdə də bu istiqamət əsas prioritetlərdən biri olub. 2003-cü ildən bu yana təxminən 1,9 milyon iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istiqamətində çox möhtəşəm layihə həyata keçirilib. İşsizliyin səviyyəsinin aşağı salınması insanların rifahına ciddi təsir göstərib ".
Baş nazirin müavini qeyd edib ki, 2000-ci illərin əvvəlində yoxsulluq 50 faiz civarında olubsa, indi 4,5 faiz səviyyəsindədir.

Nigar 
Əli Əhmədov: “2003-cü ildən bu vaxtadək təxminən 1,9 milyon iş yeri yaradılıb"

Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info