“Digər yerlərdə də məzar daşları Naxçıvandakı kimi olacaq, məzar yerləri pulsuz veriləcək”
Tarix: 30.11.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
O bildirib ki, “Məzarlıqlar haqqında” layihə Nazirlər Kabinetindədir: “Qərar layihəsi demək olar bütün instansiyalardan keçib, müvafiq nazirliklərin, ekspertlərin rəyi alınıb. Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək”.
 
Dövlət Komitəsinin sədri Bakıda qəbiristanlıqlarda məzar yerlərinin çatışmazlığı məsələsinə də münasibət bildirib. M. Qurbanlı qeyd edib ki, şəhərin ətrafında olan qəbiristanlıqlarda yer çatışmazlığı ola bilər: “Bakı böyük şəhərdir, günü-gündən genişlənir. Bu hal yalnız bizim şəhərə aid deyil, bütün böyük şəhərlərdə bu cür hallarla qarşılaşılır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbiristanlıqlar üçün yeni yerlərin ayrılması istiqamətində müvafiq tədbirlər görülür. “Məzar yerləri satılır” ifadəsi doğru deyil. Məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb. Hətta dəfn xərcləri ilə əlaqədar olaraq dövlət sosial proqramlara uyğun olaraq vətəndaşlara yardımlar göstərir. Əgər hardasa “məzar yerləri yoxdur” yazılıbsa, ola bilər həqiqətən yer yoxdur. Komitənin adında “din” sözü olduğuna görə, hamı elə bilir məzarlıqlar, məzarlıqların idarə olunması, məzar yerlərinin ayrılması və s. bizim səlahiyyətimiz daxilindədir. Lakin həm əsasnaməmiz, həm də qanunvericilik komitənin burada hər hansı bir məsələyə müdaxiləsinə yol vermir. Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Gələcəkdə qaydalar təsdiq edildikdə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. Hətta Dövlət Komitəsinə bəzi məsələlərə nəzarət funksiyası verilə bilər”.
 
Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info