«Novosti Armeniya»: «Ermənistanda hər on ailədən biri gecə ac yatır»
Tarix: 30.11.2017 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


«Bu gün Ermənistanda yoxsul insanların ümumi sayı 900 min nəfərdən artıqdır. Apardığımız araşdırmalara görə, Ermənistandakı ailələrin təxminən 10 faizi ac yatmaq məcburiyyətində qalırlar». Bu sözləri Ermənistan sosioloji araşdırmaları mərkəzinin direktoru, sosioloq Aqaron Adibekyan «Novosti Armeniya» saytına verdiyi açıqlamada bildirib. Yeri gəlmişkən qeyd edək ki, ermənilərin özlərinin etirafına görə, bu ölkədə real olaraq 2 milyon insan yaşayır. Bu o deməkdir ki, Ermənistanda iki nəfərdən biri yoxsuldur.
Ermənistanda yoxsul ailələrin sayının durmadan artdığını bildirən erməni sosiolaq qarşıdan gələn Yeni il ərəfəsində gözlənilən qiymət artımının bu vəziyyəti daha da ağırlaşdıracağını bildirib: «Ümumiyyətlə, ölkədə yoxsulluqla bağlı vəziyyət daha da pisləşəcək»-deyə, o əlavə edib.
Rəsmi statistikaya müraciət edən sosioloqun iddiasına görə 2015-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 29,8 faiz təşkil etmişdi ki, bu da 2014-cü illə müqayisədə 0,2 faiz azdır. Ümumilikdə, Ermənistanda yoxsul insanların ümumi sayı 900 min nəfərdən artıqdır ki, bunların da 310 min nəfəri çox yoxsul, 60 min nəfəri isə son dərəcə yoxsul həyat tərzi keçirənlərdir.

Ermənistanda yoxsul ailələrin sayının durmadan artdığını bildirən erməni sosiolaq qarşıdan gələn Yeni il ərəfəsində gözlənilən qiymət artımının bu vəziyyəti daha da ağırlaşdıracağını bildirib: «Ümumiyyətlə, ölkədə yoxsulluqla bağlı vəziyyət daha da pisləşəcək»

Erməni sosioloqlar ölkədə ərzaq məhsullarının qiymətinin artmasının, adətən, bir neçə mümkün nəticəyə gətirib çıxara biləcəyini iddia edirlər. Belə ki, ölkədə ərzaq qiymətlərinin artması vətəndaşların qida keyfiyyətini də azaldır. Yəni insanlar daha ucuz və az keyfiyyətli məhsullar almağa üstünlük verirlər.
Bununla yanaşı enməni sosioloq qeyd edir ki, erməni həqiqətinin özünəməxsusluğu ölkə vətəndaşlarının eyni diyeti saxlaması və ərzaq məhsullarına pul xərclənməsini azaltmaq imkanının olmamasıdır: «Avropada yaşayan ailə qazancının 23 faizini, Rusiyada 30 faizini, Ermənistanda isə təxminən 50 faizini ərzaqa xərcləyir. Əgər istər Avropa, istərsə də Rusiyada insanlar digər xərcləri azaltmaq hesabına əvvəllər olduğu kimi eyni şəkildə qidalana bilirlərsə, Ermənistanda bu mümkün deyil»-deyə Adibekyan. bildirib.
Qeyd edilməlidir ki, bir müddət bundan əvvəl erməni alim David Pipoyan da Ermənistanda ərzaq qiymətlərinin artmasının bir sıra mənfi nəticələrə səbəb olacağı barədə məlumat vermişdi. Ölkədə qida təhlükəsizliyinin indeksi ilə bağlı danışan erməni alim ölkədə qida məhsullarının qiymətlərinin artmasının yekunu kimi aclıqdan əziyyət çəkən uşaqların artacaq sayıını, əhalinin sağlamlığı ilə bağlı yaşanacaq problemləri ön plana çəkmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info