Müəllimlər əməkhaqqını necə alacaqlar?
Tarix: 30.11.2017 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Buraxılış imtahanlarında iştirak edən hər bir şagirdin yazı işi iki müəllimə göndərilir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, hər iki müəllimin qiyməti üst-üstə düşdükdə həmin uşağın nəticəsi avtomatik yazılır: “Qiymətlər üst-üstə düşmədikdə, yazı işi 3-cü müəllimə göndərilir və daha sonra hansı müəllimin düzgün qiymət verdiyi araşdırılır. Əgər hansısa müəllimin düzgün qiymət vermədiyi məlum olarsa, ona iş göndərilmir".
M.Abbaszadə qeyd edib ki, yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllim seçilərək marker kimi hazırlanıb:
“Ötən il mən həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı vermişəm. Onlardan kim isə 120 manat, kim isə 1200 manat maaş alıb. Yüksək maaş alanlar yazı işlərini yaxşı yoxlayırlar, onların yoxlama sürətləri çox yüksəkdir”.
M.Abbaszadə qeyd edib ki, 2019-2020-ci tədris ilində buraxılış imtahanlarında tətbiq ediləcək yeniliklərlə əlaqədar yazı işlərini yoxlayan müəllimlərin sayı kəskin artmalıdır. Onun sözlərinə görə, bu işi görən müəllimlərin peşəkarlıq səviyyəsi yüksələcək. Bununla yanaşı, onlar bu işin müqabilində əməkhaqqı da alacaqlar.
M.Abbaszadə əlavə edib ki, həmin müəllimlər əməkhaqqını yoxladıqları işin sayına görə alacaqlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info