Əhalinin gəlirləri yanvar- aprel aylarında 6,3 faiz artıb
Tarix: 16.05.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 10,3 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1 108,7 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9% olub. Bu dövr ərzində gəlirlərin 69,4%-i son istehlaka, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan 9,3 mlrd. manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1% artıb. Komitənin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 17,2 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% çox ümumdaxili məhsul (ÜDM) istehsal edilib. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 1 861,9 manat təşkil edib və ötən ilin ilk dörd ayı ilə müqayisədə bu göstərici 2,5% artıb. «Hesabat dövründə qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9% artıb, onun ÜDM-də xüsusi çəkisi 51,5% təşkil edib. Qeyri-neft sektorunun belə artımını əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyərin 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3% artması təmin edib, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə dəyər 9,4%, informasiya və rabitə xidmətlərində 8,9%, nəqliyyat və anbar təsərrüfatında 5,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8% artıb» - deyə komitədən bildirilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info