Çin Suriyaya döyüşsüz sahib olur
Tarix: 01.12.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Pekin Əsədə dəstək məqsədilə “Sibir pələngləri” və “Gecə pələngləri” adlı iki xüsusi təyinatlı birləşməni Dəməşqə göndərir
Suriya münaqişəsinin həlli finişə yaxınlaşır. Artıq “İŞİD”lə mübarizə yekunlaşmağa doğru getdiyindən Suriyada gələcəkdə hansı qüvvənin daha çox nüfuz sahibi olması ilə bağlı savaş gedir. Maraqlıdır ki, hərbi prosesin son, siyasi prosesin isə başlanğıcında ortaya Çin faktoru çıxıb. Ərəbdilli “New Khaleej” nəşri yazır ki, Pekin Bəşər Əsədə dəstək məqsədilə Suriyaya iki xüsusi təyinatlı birləşmə göndərməyə hazırlaşır. Ekspertlər bildirir ki, Çinin Suriya münaqişəsinə qoşulması ilə balı məsələ çoxdan müzakirə edilsə də, rəsmi Pekin ancaq hərbi əməliyyatlardan sonrakı dövrdə prosesə qoşulmağa üstünlük verib. “New Khaleej” nəşri yazır ki, rəsmi Pekin Bəşər Əsədə dəstək məqsədilə “Sibir pələngləri” və “Gecə pələngləri” adlı iki xüsusi təyinatlı birləşməni Dəməşqə göndərəcək. Pekinin bu addımı atması “Türküstan İslam Partiyası” adlı təşkilatın üzvlərinin “İŞİD”in tərkibində vuruşması ilə əlaqələndirilir. Onların sayının min nəfər olduğu güman edilir. Çinin Suriyaya iki hərbi birləşmə göndərməsi ilə bağlı xəbər ölkənin döyüşlərdən sonrakı prosesə qoşulmaq arzusunu açıqlaması ilə eyni vaxta düşüb. Çinin xarici işlər naziri Van İ Pekində Suriya dövlət başçısının müşaviri Butay Şaabanla görüş keçirib. Çin xarici işlər naziri görüşdə deyib ki, artıq Suriyada yeni mərhələ başlayır: «Siyasi nizamlama ilə bağlı yeni mərhələ üç əsas prinsipə əsaslanmalıdır – terrorçulara qarşı mübarizə, siyasi dialoq və bərpa istiqamətində iş”. Çinin Suriyada proseslərə qoşulmaqla bağlı istəyi bu ilin avqusta ayında Dəməşqdə keçirilən sərgidə özünü göstərmişdi. Belə ki, həmin sərgidə gözlənilmədən Çin səfirlik səviyyəsində təmsil olunmuşdu. Çin-Ərəb Forumunun bu ilin iyul ayının 9-də Pekində “Suriya günü” keçirməsi və orada tikinti və investisiya sahəsində çalışan minə yaxın Çin şirkətinin iştirak etməsi Çinin Suriyada özünü göstərəcəyinə real işarə idi. Ekspert Aleksey Maslov “Nezavisimaya qazeta” nəşrinə dəyərləndirməsində bildirib ki, hələ 2016-cı ildə söhbətlər yayılmışdı ki, Çin Suriyaya sanitar bölüyü, mühafizə hissələri göndərəcək: “Amma Çin həmin vaxt Suriyaya əsgər göndərmədi. Amma indi bəli olur ki, Pekin hərbi əməliyyatlardan sonrakı dövrdə proseslərə qoşulacaq. Çin bərpa prosesində aktiv iştirak edərək investisiyalar yatıracaq və müəyyən əraziləri nəzarətinə alacaq. Bununla da Rusiya və ABŞ hərbçilərinin yaradığı şəraitdən yararlanacaqlar. Məsələ ondadır ki, Çin hələ əməliyyatlar başlamazdan əvvəl Suriyaya milyardlarla dollar sərmayə yatırıb. Amma döyüşlər həmin yatırımı heçə endirdi. İndi Çin yenidən Suriyada iqtisadi gücünü bərpa etməyə çalışır. Suriyanın bərpasına 100 milyard dollardan çox vəsait lazımdır. Hazırda Suriyaya böyük miqdarda vəsait yatıra biləcək dövlət Çindir”. Ekspertə bir məqama da diqqət çəkib ki, Pekin Çinə investisiyalar yatırmağa və hərbi qüvvə göndərməyə hazırlaşsa da, Əsəd rejiminə dəstək məsələsində ehtiyatlı davranır: “Çin həmişə bu məsələdə ehtiyatlı olur. Onlar həmişə “bu gün biz rəsmi rejimi dəstəkləyirik” deyirlər. Yəni, razılaşma yolu ilə sabah Əsəd hakimiyyətdən getsə, Çin heç bir problem yaşamadan yeni qüvvə ilə əməkdaşlıq edəcək. Hazırda Çin üçün vacib olan məsələ danışıqlar apardığı qüvvənin yaxın 5-6 il ərzinə Suriyada hakimiyyətdə qalması ilə bağlıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info