“Ürək transplantasiyasının aparılması istiqamətində işlər görülür”
Tarix: 16.05.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“Bu gün bütün dünyada ürək transplantasiyası əməliyyatı getdikcə geniş vüsət alır. Lakin burada ən vacib problem donor problemidir”.
Bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev keçirdiyi mətbuat konfransında deyib. K. Musayev bildirib ki, hazırda dünyada tapılan donorlar ürək transplantasiyası üçün gözləyən xəstələrin yalnız 5 %-nə kifayət edir. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində donor tapılmadığı üçün ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr həyatlarını itirir: “Transplantasiya kompleks bir əməliyyatdır. Bu əməliyyatı etmək üçün ölkənin qanunları buna icazə verməli, o cümlədən transplantasiya mərkəzi qurulmalıdır. Azərbaycanda da ürək transplantasiyasının aparılması istiqamətində işlər görülür. Bununla əlaqədar olaraq qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Mənim məlumatıma görə, artıq bu istiqamətdə də Milli Məclisdə müvafiq işlər həyata keçirilir”. Kamran Musayev qeyd edib ki, Azərbaycanda hər il 10 minə yaxın ürək-damar xəstəsi cərrahiyyə əməliyyatı olunmalıdır. O bildirib ki, ürək-damar xəstəlikləri əsasən yaşlı insanların xəstəliyi olsa da, son illərdə bu xəstəlik 30 yaşa kimi cavanlaşıb. K. Musayev qeyd edib ki, bunun qarşısını almaq üçün bir çox qaydalara əməl edilməlidir: “Belə ki, ilk növbədə insanlar, xüsusilə kişilər siqaretdən uzaq olmalıdır. Bundan əlavə, mətbəximizdə ciddi dəyişiklər edilməlidir. Çünki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə yağlı və ətli qidalardan ciddi şəkildə uzaqlaşmamız lazımdır”. Cəmiyyət sədri ürək-damar xəstəliklərinə daha çox kişilər arasında rast gəlindiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda ürək xəstəlikləri arasında daha çox ürəyin işemik xəstəliyi-ürək damarlarının tutulması müşahidə olunur.
Günay




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info