“Aprel qəhrəmanlarının xatirəsinə həsr edilmiş intellektual yarış”
Tarix: 01.12.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“İpək Yolu Qloballaşmaya Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel qəhramanlarının xatirəsinə həsr edilmiş intellektual yarış” adlı layihə həyata keçirib. 
Layihənin əsas məqsədi gənclərə aprel döyüşləri haqqında həqiqətlərin çatdırılması, aprel döyüşlərinin qəhrəmanlarının cəmiyyətdə tanıdılması, aprel döyüşçülərinin şücaətinin gənclər arasında təbliği və s. kimi istiqamətləri əhatə edən intellektual yarışlar vasitəsi ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.
Layihə çərçivəsində öncə ayrı-ayrı universitetlərin tələbələri məlumatlandırılıb. Bir neçə universitetin gənclərindən ibarət 20-dən artıq komanda müəyyənləşdirilərək intellektual yarışa cəlb edilib. Yarış Bakı şəhərində keçirilib.
Tədbiri giriş sözü ilə açan "İpək Yolu Qloballaşmaya Dəstək” İB-nin sədri Aqil Əsədov 2016-cı ilin aprel ayında ordumuzun əsgər və zabitlərinin qəhramanlıqları, onların düşmən üzərində sarsıdıcı qələbəsindən söhbət açıb. Gənclərimizin bu tarixi qələbənin qazanılmasında canını qurban vermiş igidlərimizi daim xatırlamağa onların döyüş yolunu örnək seçməyə və təbliğ etməyə çağırıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində şəhidlərimizin qəhrəmanlıqlarından geniş söhbət açıblar.
Daha sonra intellektual yarış keçirilib. Qalib komandalar mükafatlandırılıb. İştirakçılara sertifikatlar verilib. Növbəti mərhələdə layihədə nəzərdə tutulduğu kimi qalib komandaların üzvləri və yarışmada aktiv iştirak edən ümumilikdə 30-a yaxın gəncin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. Layihə iştirakçıları öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
İştirakçılar Cocuq Mərcanlı kəndində yeni tikilmiş məktəbdə olaraq müəllim və şagirdlərə, kənd ictimaiyyəti ilə görüşüblər. Görüşdə ordumuzun qəhrəmanlıqlarından kəndin erməni nəzarətindən azad edilməsindən geniş söhbət açılıb. Sakinlər kənd azad edildikdən sonra Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq mərcanlı kəndinin yenidən qurulduğunu, məktəb , məscid və onlarla inzibati binalar tikildiyini geniş infrastruktur yaradıldığını, iş yerləri açıldığını və bu prosesin sürətlə davam etdiyini minnətdarlıqla bildiriblər. Daha sonra gənclər Cocuq mərcanlı kəndində görülən işlərlə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info