BMU-nun Tələbə Həmkarlar Təşkilatı “ASAN könüllüləri” ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Tarix: 01.12.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar Təşkilatı ilə “ASAN Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Universitetdən  bildirilib ki, müqaviləyə əsasən BMU-nun tələbələri “ASAN xidmət”də könüllü olacaq və gələcəkdə iş imkanları əldə edəcəklər.
Bu münasibətlə “ASAN Könüllüləri” təşkilatının nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) tələbələrlə görüşüblər.
BMU-nun humanitar məsələlər üzrə prorektoru Bayram Hüseynzadə ali məktəbin ölkəmizin ictimai həyatındakı fəaliyyətindən danışıb. Qeyd edilib ki, BMU-nun tələbələrinin əksəriyyəti Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə könüllü kimi iştirak edirlər. Azərbaycanın brendinə çevrilmiş “ASAN xidmət”in könüllülər təşkilatı ilə də əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.
“ASAN xidmət”in nümayəndəsi Nadir Adilov bildirib ki, tələbələrin innovativ fikirlərindən yararlanmaqda maraqlıdırlar. O, tələbələr üçün nəzərdə tutulan “Gəncsən Başla” adlı kitabın da təqdimatını edib. Vurğulayıb ki, kitabın satışından əldə olunan gəlirdən müsabiqə yolu ilə seçiləcək tələbələrə təqaüd veriləcək. Müsabiqədə iştirak edəcək tələbələrin ən az iki tədbirdə könüllü kimi iştirak etməsi vacibdir.
Sonra BMU-nun audit komitəsinin sədri Yavar Məmmədov digər qonağı - velosipedlə dünya turu etmiş Tural Abbasovu auditoriyaya təqdim edib.
Tural Abbasov iki ildən çox davam edən dünya səyahəti haqqında slayd-şou vasitəsilə məlumat verib.
Tədbirin sonunda universitetin 100 tələbəsinə “ASAN xidmət”in nəşri olan “Gəncsən Başla” kitabı hədiyyə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info