“Konqresmenlər Dağlıq Qarabağa səfər etməklə beynəlxalq hüquq normalarını pozublar”
Tarix: 01.12.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Amerikanın “The Daily Caller” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın məqaləsi dərc edilib. Materialda üç amerikalı konqresmenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərindən bəhs edilir.
Müəllif həmin konqresmenlər tərəfindən Azərbaycan sərhədinin qanunsuz keçilməsi və onların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfəri barədə söhbət açaraq yazır ki, ABŞ Konqresinin üç üzvü – Nyu-Cersidən Frenk Pallone, Kaliforniyadan Devid Valadao və Havaydan Tulsi Qabbard ABŞ-ın rəsmi xarici siyasətinə məhəl qoymadıqları üçün məsuliyyət daşımalıdırlar.
Ekspert qeyd edir ki, Konqresin üzvləri Azərbaycanın rəsmi icazəsi olmadan Azərbaycan sərhədini keçməklə və bu ölkənin işğal altında olan ərazilərinə səfər etməklə Amerikanın müttəfiqinin qanunlarını və beynəlxalq hüquq normalarını pozublar. Daha sonra müəllif tutarlı səbəblər sadalayaraq izah edir ki, konqresmenlərin rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə getməyə haqqı yox idi.
Kontreras yazır ki, əvvələn, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan öz müstəqilliyini elan edəndə bu ərazi Azərbaycanın tərkibində olub. Ermənilərin istinad etdikləri qondarma “müstəqillik haqqında referendum” isə vaxtilə, 1861-ci ildə Konfederasiyaya daxil olan ştatların Birləşmiş Ştatlardan ayrılması kimi qanunsuzdur. İkincisi, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək onunla nəticələnə bilər ki, bu səfərdə iştirak edənlər Azərbaycanın “qara siyahı”sına düşəcəklər. Üçüncüsü, Azərbaycan Birləşmiş Ştatların hərbi müttəfiqidir, Ermənistan isə onun müttəfiqi deyil. Azərbaycan əsgərləri Əfqanıstanda sülhyaratma qüvvələrinin heyətində xidmət edirlər. Azərbaycan Amerika qoşunlarının Əfqanıstana getməsi üçün öz səmasından istifadə etməyə icazə verir, bu qoşunları dəstəkləyir. 2002-ci ildən bəri Amerikadan Əfqanıstana daşınan materialların və şəxsi heyətin təxminən 40 faizi Azərbaycan ərazisindən keçməklə daşınır. Antidiffamasiya liqasının fikrincə, Ermənistan Avropada ikinci antisemit ölkədir.
Müəllif yazır ki, Pallone, Valadao və Qabbard Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək əvəzinə, birbaşa Azərbaycana uçub, 2017-ci ildə Amerikanın “Boeing” şirkətindən 1,1 milyard dollar dəyərində təyyarələr almış “Azərbaycan Hava Yolları” şirkətinə təşəkkür etsəydilər, daha yaxşı olardı. Cənubi Karolina və Vaşinqton ştatlarında istehsal edilən bu təyyarələr amerikalılar üçün minlərlə iş yeri yaradacaq. Kontreras öz məqaləsinin sonunda qeyd edir ki, bu cür səfər ABŞ üçün qat-qat artıq fayda gətirərdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info