Türkdilli ölkələrin şair və jurnalistləri Bakıda toplanacaq
Tarix: 01.12.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Dünya Gənc Türk Yazarlar Birliyindən verilən məlumata görə, layihə çərçivəsindən Bakıya türkdilli ölkələrdən 30-dan artıq şair və jurnalist dəvət olunub. Qonaqların 2-5 dekabr tarixlərində Azərbaycan Mətbuat Şurası, AMEA Nizami ad. Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetində görüşləri olacaq. Həmçinin, qonaqlar “Yeni qazax şeiri antologiyasi” kitabının təqdimatında iştirak edəcəklər.
Qeyd edək ki, layihə iştirakçıları Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edəcək, şəhərin görməli yerləri ilə tanış olacaqlar. Tədbirlərdə rəsmi şəxslərin, millət vəkillərinin, şair və yazıçıların, QHT Və KİV başçılarının iştirakı nəzərdə tutulub. Konfranslarda Azərbaycanın bir sıra yeni nəsil araşdırmaçı-yazarı və alimlər məzruələrlə çıxış edəcək.
Silsilə tədbirlərdə Tatarıstan Yazıçılar Birliyinin başqanı, əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-dramaturq Danil Salih, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi dr.Gülnaz Faizulla, “Yeni qazax şeiri antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu və Qazaxıstanın müxtəlif ədəbi ödülləri ilə təltif olunmuş daha 13 şair-publisisti, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm Kazhenkin, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, gənc şair Özgür Bacaksız, Qırğız Respublikasının gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsilən Şoxista Artukova (Kamranlı), Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari və başqaları çıxış edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info