Məktəbdə “2017-ci il İslam Həmrəylik İli” mövzusunda tədbir
Tarix: 01.12.2017 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Bakı şəhəri Yasamal rayonu 175 saylı məktəbdə "2017-ci il İslam Həmrəylik İli" mövzusunda tədbir keçirilib. Tədbirin təşkilatçısı məktəbin ingilis dili müəllimi, qabaqcıl təhsil işçisi Gülşən Şiriyeva tədbiri açıq elan edərək 2017-ci ilin Prezident tərəfindən “İslam Həmrəylik İli” elan edilməsi və bu həmrəylik ilinin yekunları haqqında danışıb. Dövlət himni səsləndikdən sonra əllərində müxtəlif İslam ölkələrinin bayraqları olan şagirdlər həmrəylik himni sədaları altında zala daxil olub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar. Aparıcıların ingilis və Azərbaycan dilində həmrəylik haqqında çıxışlarından sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya başlanıb. Şagirdlər müxtəlif İslam ölkələrinin dilində şeirlər söyləyiblər. Şagirdlər müxtəlif İslam ölkələrinin dilində mahnı oxuyub, səhnəciklər göstəriblər. Şagirdlərdən Fidan Tahirli, Hüseyn Tahirli və Nərgiz Əliyevanın dahi Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" tamaşasından ingilis dilində ifa etdikləri səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Şagirdlər İslam və həmrəylik haqqında ingilis dilində atalar sözləri və deyimlər söyləyiblər və "Nar çubuğu" hekayəsindən bir səhnəcik göstəriblər. Müxtəlif İslam ölkələrinə aid təqdimat göstərilib. Aparıcılar multikulturalizm ilinin davamı kimi 2017-ci ilin “İslam Həmrəylik İli” elan olunmasının çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideya olmasını vurğulayıblar. Bndan sonra Bakı İslam Oyunlarına aid təqdimat göstərilib. Şagirdlər Ləman Alızadə, Coşqun Kərimli, Fatimə Fətəlibəyli, Fidan Bağırova, Ülvi Əliyev, Nigar Alışanova, Nuray Əliyeva, Fidan Ağayeva və başqaları tədbirdə çox fəal iştirak ediblər. Tədbir şagirdlərin birlik, həmrəylik, dostluq haqqında birlikdə oxuduqları mahnı ilə başa çatıb. Tədbirdə məktəbin direktoru Qələndər Qələndərov, direktor müavinləri Vidadi Həmzəyev, Həcər Məmmədova, valideynlər, müəllimlər və çoxsaylı qonaqlar iştirak ediblər. Qonaqlar arasında şair publisist Əhməd Qəşəmoğlu, Qarabağ müharibəsi veteranı, Qarabağ qazisi, tanınmış Azərbaycan rəssamı Tərlan Eyvazov və mətbuat nümayəndələri də iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info