Hədəflərə qətiyyətlə çatan ölkə
Tarix: 01.12.2017 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən müasir sosial-iqtisadi inkişaf strategiyası ötən 24 ilin ən möhtəşəm nailiyyətlərini özündə yaşatmaqdadır. Müstəqilliyin ilk illərində ictimai, siyasi, mədəni və hüquqi sahələrdə islahatların başladılması, sabitliyin əldə edilməsi, bu istiqamətlərdə davamlı perspektivlərin təmin edilməsi ölkəmizin dinamik inkişafına stimul verən mühüm amillər oldu. İqtisadiyyatın sahə strukturunda əlaqəli proseslərin səmərəli təşkili özü ilə güclü müqavimət, dayanıqlılıq və etibar təmin etməklə, bir-birini əvəz edən illərin davamlı uğurları olaraq ifadə edilə bilər. Dövlətin yeni iqtisadi şərait üçün müəyyən etdiyi hədəflər bazar münasibətlərinin obyektiv inkişaf qanunlarının ən gerçək ifadəsinə çevrildi.
Azərbaycan Respublikası keçmiş SSRİ tabeçiliyindən müstəqilliyə keçid etməklə, öz təbii ehtiyatlarından öz ölkəsinin iqtisadi inkişafı və sosial dayanıqlığı üçün istifadə imkanlarını dəyərləndirdi, bununla da milli iqtisadiyyat quruculuğuna start vermək zərurətini əsas məqsəd kimi götürdü. Ölkə başçısı cənab İlham Əliyevin böyük siyasətdən bəhrələnərək, bu məqsədlə həyata keçirdiyi tədbirlər öz məqsədyönlülüyü ilə uzaq gələcək üçün gerçəkləşdirilən uğurları təşkil etdi. Azərbaycan dövlətinin nəzərdə tutduğu və hər addımda üstün tutduğu tədbirlər öz vətəndaşının səmərəli fəaliyyətinin təşkili və idarə olunması sahəsində hüquqi və iqtisadi tənzimləmədən ibarət qanunvericiliklə qorundu və müdafiə olundu.
Zaman keçdikcə hadisələrin və proseslərin gedişi Azərbaycanın həm regionda, həm də dünyada etiabrlı tərfədaş olduğunu sübut etdi. Bu keyfiyyətlər isə ölkəmizə sınanmış və özünü təsdiqləmiş tərəfdaş və dost ölkələrin qazanılmasında, həm də səmərəli əməkdaşlıq münasibətlərinin inkişafında həlledici oldu. 1994-cü il sentyabr ayında imzalanmış “Əsrin Müqaviləsi”ndən başlayaraq bu günlərə qədər dünya miqyaslı çoxsaylı strateji layihələrin gerçəkləşdirilməsi ölkəmizin dünyanın siyasi, iqtisadi, sosial və digər sahələrdəki fəallığını göstərməklə, müvafiq sahələr üzrə işbirliyinin səmərəliliyini təsdiq etdi, eyni zamanda uzaq gələcək üzrə perpsektivlərini ortaya qoymuş oldu. Bütün bunlarla da Azərbaycan Respublikası:
- yeniləşən dünyada edilən çağırışlara uyğun olaraq müasir iqtisadi inkişaf xəritəsinin başlanğıc nöqtəsini təşkil etdi. Hətta inkişaf etmiş ölkələrin yeni layihələr, məqsədlər və tədbirlərinin vəhdət mərkəzi kimi strateji missiya həyata keçirdi;
- dünya dövlətləri üçün humanizm və sülhsevərliyin ifadəsinə çevrildi. Buradan irəli sürülən ideyalar qitələrin və materiklərin birlik və bərabərlik şüarı oldu;
- ölkələrarası iqtisadi-ticarət əlaqələrinin və münasibətlərinin inkişaf perspektivləri üçün əhəmiyyətli mühit yaratmış oldu. İştirakçı ölkələrin iqtisadi güc və potensiala malik olmasında hərəkətverici təsir vasitəsinə çevrildi;
- dünya bazarına çıxış üçün yeni kəmərlərin və marşurutların salınması məsələlərində çeviklik nümayiş etdirdi;
- milli iqtisadiyyatın perspektivləri üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin sistemliliyində qətiyyət göstərildi və s.
Keçən müddət ərzində ölkəmizin qazandığı nailiyyətlərə və regiondakı hadisələrin beynəlxalq mahiyyətinin yüksəlməsi istiqamətindəki proseslərin təşkilinə diqqət edəndə aydın olur ki, bütün təşəbbüslər Azərbaycan Respublikasına məxsusdur, dünya tərəfindən dəstəklənir və əsas əlaqələndirici mərkəz ona aiddir. Eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində dünyanın bir çox ölkələri və strateji məkanlarına uzanan kəmər və xəttlər (yollar) öz başlanğıcını məhz Azərbaycandan, Bakıdan götürür. Buna misal olaraq 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə işə salınan Bakı-Tbilisi-Ərzurum qaz kəməri və 2017-ci ildə Avropa ilə Asiyanı bir-birinə bağlamaqla fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir (Dəmir İpək Yolu) yolunu göstərə bilərik.
Bütün bunlar bir daha onu göstərdi ki, Azərbaycan təcrübəli rəhbərinin sayəsində dünyanın aktual problem və məsələlərinin öyrənilməsində, onun aradan qaldırılmasında, eyni zamanda yüksək potensiallı çıxış yollarının tapılmasında çox sadiq tərəfdaş və etibarlı dostdur. Azərbaycan dövləti qarşılıqlı hörmətə söykənən əməkdaşlığa hər zaman yol açmış və bununla da regionda və dünyada humanist dəyərlərin inkişafına təkan vermişdir. Ölkəmiz malik olduğu təbii, iqtisadi və coğrafi potensialından səmərəli istifadə etməyi bacarır və bundan yalnız sülh və inkişaf məqsədləri üçün yararlanmaqda israrlıdır. Son həftələrin də davam edən inkişafyönümlü hadisələri bir daha göstərdi ki, Azərbaycan dövləti daxili və xarici sferalarda yalnız birlik və bərabərlik anlayışlarına üstünlük verir. Bunu Azərbaycan-Gürcüstan-Türkiyə, eləcə də Azərbaycan-İran-Rusiya işbirliyinin və əməkdaşlığının fonunda da görmək olar. Bu, bir tərəfdən Azərbaycanın öz təbii ehtiyatlarından istifadədə və uzaq gələcək üzrə hədəflərinin gerçəkləşdirilməsində qətiyyətliliyini göstərirsə, digər tərəfdən isə enerji təhlükəsizliyinin, xüsusən də neft və qaz sahəsindəki əməkdaşlığın güclü perspektivlərinin müəyyənləşdirilməsindəki operativ fəaliyyətini sübut etməkdədir. Hər iki halda təşəbüslərin Azərbaycana məxsus olması və bunun dünya ölkələri tərəfindən dəstəklənərək qəbul olması bir daha onun bütövlükdə dünyanın müasir dövrdə təzahür edən maraqlarının dolğun ifadə etdiyini göstərməkdədir.
Bütün bu proseslərdə ölkəmizin ən mühüm nailiyyətlərindən biri həyata keçirilən layihələrdə düşmən ölkə olan Ermənistanın kənarda saxlama bacarığı və qabiliyyətinin olmasıdır. Ermənistan işğalçılıq mənsubiyyəti ilə kəmərlərin, xəttlərin və yolların keçməsi üçün zəruri olan tranzit ölkə rolundan daima məhrum olub və olacaq. Təbii ki, həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə Ermənistanın təcavüzkarlıq təhdidlərindən hər zaman əziyyət çəkmiş, indi də çəkməkdədir.
Bu mənada, qeyd edə bilərik ki, əslində İran və Rusiyanın da Ermənistandan öz maraqları naminə maşa kimi istifadə etmələri onlar arasındakı münasibətlərin səmimiyyətini ifadə etmir. Ancaq Azərbaycan dövlətinin regionda söz sahibliyi və bundan sonra da sahib olacaq gücə malik olması mövcud olan bütün mənalarda hər iki ölkənin perspektivlər baxımından Azərbaycana üstünlük verməsinə səbəb olur. Bütün bunlara ölkə başçısının hadisələri düzgün yönləndirə bilmə bacarığını, eləcə də təşkil və idarəetmə təşkilatçılığını əlavə etsək, onda Azərbaycanın hələ bundan sonra da uzun illər boyunca regiondakı və dünyadakı mövqeyini gücləndirəcəyini heç tərəddüdsüz qeyd edə bilərik.
Ölkəmiz bu potensialla sosial-iqtisadi inkişafını, gələcək hədəflərini layiqincə təmin etməkdədir. Neft sektoru ilə yanaşı həm də qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi bir daha müasir dövrün tələblərinə uyğun gələn və daha çox sosial mahiyyəti yüksək olan milli iqtisadiyyat quruculuğunu stimullaşdırmaqdadır. Elə noyabr ayının 8-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasim ölkəmizin bu istiqamətdəki potensialının çox strateji əhəmiyyətindən xəbər verməkdədir. Bu, ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan dövlətinin gələcək hədəf və priroritetlərinə doğru qətiyyətli addımlar atdığını bir daha göstərməkdədir. Müasir dünya siyasətində çoxməqsədli maraqların mövcud olduğu bir zamanda ölkəmizin öz maraqlarına dolğun nail olması Azərbaycanın və onun rəhbərinin olduqca güclü siyasi iradəsini bir daha təsdiq etməkdədir.
Azərbaycan Respublikasının cari ilin sentyabr ayının 14-də Yeni Əsrin Müqaviləsinin imzalanması ilə ölkənin iqtisadi potensialının durmadan artdığını göstərdi və bunun dövlətin sosial siyasətinə xidmət etməklə, əsas hədəfin əhalinin maddi rifah halının daha da yaxşılaşmasından ibarət olduğunu bir daha sübut etmiş oldu. Bu, eyni zamanda Azərbaycan Respublikasının “Əsrin Müqaviləsi” üzrə tərəfdaş olan ölkələrlə əməkdaşlıqdakı sadiqliyinin və həmin müəqavilənin nəticələrinə perspektiv yanaşmanın ən gerçək ifadəsi idi. Ölkəmiz bununla bir daha sübut etdi ki, hətta dünya miqyaslı layihə və təşəbbüslərin nəinki irəli sürülməsi, eləcə də onun həyata keçirilməsinə qadirdir və onlar bütün iştirakçı ölkələr üçün iqtisadi cəhətdən olduqca səmərəlidir.
Bunu həm də bütövlükdə dünya ölkələri və beynəlxalq təşkilatlar da təsdiq etməkdədir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlməsi ölkəmizin qazandığı nailiyyətlərin beynəlxalq miqyasda da qəbul edildiyi və dəstəkləndiyini sübut etməkdədir. Bu Azərbaycan Respublikasında:
- iqtisadiyyatın məhsuldarlıq və rəqabətqabiliyyətlilik göstəricisinin daha da yüksəlməsinə;
- istehsalın stimullaşdırılmasına;
- sosial siyasətinin dayanıqlığına;
- iqtisadi idarəetmənin səmərəliliyinə;
- milli iqtisadiyyatın əsas perspektivləri istiqamətində müəyyən edilən hədəf və prioritetlərin əhəmiyyətinə verilən qiymət idi.
Beləliklə, bütün bu uğurların fonunda ölkəmizin əldə etdiyi nailiyyətlər hər birimizin böyük və qüdrətli Azərbaycan arzularımızın gerçəkləşdirilməsinə xidmət edir və bizi ona daha da yaxınlaşdırır. Bu, ümummilli maraqlarımızın ifadəsidir. Bu, hər bir Azərbaycan vətəndaşının arzusudur. Bu, ölkə başçısının öz xalqına və dövlətinə layiqli lider olmasının təsdiqidir.


Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info