Bakı-Sofiya aviareysi yanvardan açılacaq
Tarix: 01.12.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Bolqarıstanın ölkəmizdəki səfirinin birinci müavini Yanko Yanakiyev və konsulu Kirill Apostolovu qəbul edib.
Assosiasiyadan verilən məlumata görə, görüş zamanı ölkələr arasında viza prosedurlarının sadələşdirilməsinin aktuallığı məsələsi qeyd olunub. Belə ki, 16 yanvar 2018-ci il tarixdən Bakı-Sofiya birbaşa aviareysləri təşkil olunacaq.
N. Bağırov səfirlik tərəfindən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib, çünki bu prosedurların sadələşməsinə, eləcə də turist axınının artımına səbəb ola bilər.
Y. Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökumət səviyyəsində aparılmır, buna görə də bu işlərin AZTA tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin Azərbaycan və Bolqarıstan qış kurortları arasında əməkdaşlıq imkanlarından, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması imkanlarından, eləcə də yay aylarında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.
K. Apostolov qeyd edib ki, səfirliyin təqdim etdiyi vizalar həmçinin Rumıniya, yunan Kipri və Xorvatiya üçün keçərlidir və bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlbedici istiqamət edir. İndiyə kimi, səfirlik cəmi 20 nəfərə viza təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.
Görüşün nəticəsi olaraq 15 dekabrda səfirlikdə Bolqarıstanın turizm potensialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb. Təqdimatı K. Apostolov keçirəcək.  Birinci müavin və konsul qeyd etdilər ki, AZTA ilə əməkdaşlığın hökumət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq və Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info