“Ötən il dünya bazarında 6 ton Azərbaycan balı satılıb“
Tarix: 01.12.2017 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


"Azərbaycandakı arıların 98-99%-i cins arılarıdır ki, bunlar Bozdağ Qafqaz və Sarı Qafqaz cinsinə aid olan arılardır. Qalan 1-2% Ukrayna və Almaniya mənşəli arı ailələridir". Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Onun sözlərinə görə, nazirlik gələcəkdə təbii və süni mayalanma, genofondun artırılması yolları ilə ana arı istehsalını artırmaq və onları fermerlərə paylamaq niyyətindədir. "Yalnız ötən il 10 minə yaxın ana arı paylanılıb", - deyə H.Əsədov vurğulayıb.
Nazir bildirib ki, dünya üzrə illik bal istehsalı 1,5 mln. tondur: "Hesablamalara görə, 2020-2022-ci illərdə bu tələbatın kəskin sürətdə artacağı, 2-2,5 mln. ton arasında zərurət yaranacağı bildirilir. Azərbaycanda istehsal olunan bal digər ölkələrdəki baldan fərqlənir. Məlumat üçün bildirim ki, ötən il dünya bazarında 6 ton Azərbaycan balı satmışıq ki, bu da 8000-8500 dollar dəyərində olub. Bizim ballar daha orqanik olduğu üçün dünya bazarına çıxışı daha asandır. Qeyd edim ki, dünya bazarında digər ballarla yanaşı orqanik bala olan tələbat ümumi tələbatın 15-20%-ini təşkil edir".
H.Əsədov deyib ki, yaxın vaxtda arıçılığa dövlət dəstəyinin artırılması ilə bağlı prezidentə təkliflərimiz təqdim olunacaq: "Biz bunu Arıçılar Assosiasiyası ilə birgə müzakirə etmişik".
"Hal-hazırda arı ailələrinin sayı 3000 təşkil edir və 6000-ə yaxın insan bu işlə məşğul olur. Qısa müddətdə bu işlə məşğul olanların sayının on iki min nəfərə, bal istehsalının 8-10 tona çatdırılmasını nəzərdə tuturuq", - deyə o qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info