Kazan məktəbində Azərbaycan güşəsinin yaradılması təklif olunub
Tarix: 01.12.2017 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Kazan şəhərinin Novosovinskiy rayonunun 165 saylı məktəbində Moskva dumasından deputatların, eləcə də yerli millət vəkilləri, aidiyyəti nazirliklərin rəhbər nümayəndələrinin də qatıldığı elmin inkişafı istiqamətində tədbir keçirilib. Tədbirdə əsas məqsədi yeni məktəb korpusunun tikilməsi idi. Tədbirdə təşkilatçıların dəvət ilə Azərbaycanın Tatarıstandakı diaspor rəhbəri, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının rəhbəri Sərraf Kərimov iştirak edib. Həmin məktəbdə 20 nəfərdən artıq Azərbaycan övladları təhsil alır. Elə məhz buna görə də BDAT rəhbərinin çıxışının əsas mövzusu məktəbin şənbə günündə bir və ya bir neçə saat Azərbaycan dili saatının keçirilməsi oldu. Bu saatın yüksək səviyyədə keçirilməsi üçün xüsusi sinif otağı və ayrıca dərs saatı təyin olunmalı, həmin saatlar zamanı əsasən Azərbaycan dili, Tarix, Ədəbiyyat dərslərinə geniş yer verilməsini məqsədə uyğun hesab edib. Sərraf Kərimov daha sonra məktəbdə Azərbaycan guşəsinin yaradılmasını bu lövhənin üzərində ölkəmiz haqqında geniş məlumatın, dövlətimizə məxsus atributların, həmçinin milli mətbəximizin, Azərbaycanın milli mənəvi dəyərləri haqda geniş qeydlər və məlumatlar yazılmağının vacibliyini qeyd edib. Həmçinin Azərbaycanın görkəmli yerlərinin, turizm inkişafının geniş yayılması məqsədilə gəzməli, görməli yerlərimizin fotolarını həmin lövhədə görməyini istəyib. BDAT rəhbərinin təklifləri tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb və müsbət fikirlər bildirilib. Tədbirin sonunda xatirə şəkillər çəkilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info