«1in.am»: “Ermənistan ordusunda ölüm hallarının sayı artır”
Tarix: 01.12.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


On bir ayda Ermənistanda 56 əsgər ölümü faktı qeydə alınıb

«Artıq məndə qurbanların sayının artacağı ilə bağlı qorxu hissi baş qaldırıb». Bu fikirləri Ermənistanın "Əsgər" koordinasiya şurasının sədri «1in.am» saytına danışarkən bildirib.
Bu ilin yanvar-sentyabr ayları ərzində Ermənistan Silahlı Qüvvələrinin 46 əsgəri həlak olub. Bunların 29 nəfəri çağırışçı, 17 nəfəri isə müqavilə əsasında xidmət edən hərbçilçr olub. Erməni mənbələrinin məlumatına görə, əsgərlər arasındakı ölüm hallarının 17-si Ermənistanda, 29-u isə Qarabağda baş verib. Şura sədri Marqarita Xaçatryanın sözlərinə görə, əgər bu ilin oktyabr-noyabr aylarında qeydə alınan itkiləri də bura əlaəv etsək, əsgər ölümlərinin sayı 56-ya çatır. Xaçatryan xidmətdə olan əsgərlər arasında son illlər intihar hallarının azaldığını bildirsə də, sağlamlıq problemləri ilə bağlı ölüm hallarının xeyli artdığını deyib: «Təbii ki, bu ilin 11 ayı ərzində 56 əsgər ölümü böyük rəqəmdir, lakin müharibədə olan bir ölkə üçün başa düşüləndir. Ancaq Qarabağ problemi həll olunmayacağı təqdirdə yeni itkilərimiz qaçılmaz olacaq. Məndə son illər qurbanların sayının artacağına dair qorxu hissi yaranıb»-deyə şura sədri sayta verdiyi açıqlamada bildirib. Xaçatryan bir çox hallarda əsgər ölümlərinin Azərbaycan Ordusu ilə əlaqəli olmadığını da etiraf edir. Onun sözlərinə görə, ölüm hadisələrinin əksəriyyəti ermənilərin özlərinin basdırdığları minalı ərazilərdə qeydə alınır: «Bundan başqa, son illər əsgərlər arasında bir neçə özünü yaralama halları qeydə alınıb ki, bu da daha çox qarşı tərəfin qorxusundan ortaya çıxır. Mən qarşı tərəfdə də ölüm hallarının baş verdiyini istisna etmirəm. Buna görə də, Qarabağ münaqişəsi öz həllini tapmayınca itkilərimizin sayı da azalmayacaq» -deyə Xaçatryan bildirir.
Erməni hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə isə, əsgərlər arasında ən cox intihar halları bir-birilərinə münasibətdə yaranmış münaqişə səbəbəindən baş verir. Onun etirafına görə, son illərdə orduda baş verən ölümlərin statistikasının artmasına baxmayaraq, onların qarşısını almaq üçün dövlət səviyyəsində heç bir tədbir görülmür: «Əgər bir neçə il bundan əvvəl baş verən ölüm hallarını müzakirəsinə, problemin həlli istiqamətində nəsə iş görülməsinə cəhd edilirdisə, indi yeni nazir tərəfindən hər şey qara örtüklə ötürülür.

Marqarita Xaçatryan: “Qarabağ problemi həll olunmayacağı təqdirdə yeni itkilərimiz qaçılmaz olacaq. Məndə son illər qurbanların sayının artacağına dair qorxu hissi yaranıb. Bundan başqa, son illər əsgərlər arasında bir neçə özünü yaralama halları qeydə alınıb ki, bu da daha çox qarşı tərəfin qorxusundan ortaya çıxır”.

Vigen Sərkisyan tərəfindən bu günə qədər heç bir qalmaqallı əməllər, hüquq pozuntusu, ölüm halları barədə məlumat verilməyib. Nazir olanlara münasibət bildirməməkdən əlavə, mütləq laqeydlik nümayiş etdirib. Buna görə də, onun əsgərlər arasında ölüm səviyyəsini azaltmaq üçün bir şey edəcəyinə şübhəm var. Bunu apardığımız müşahidələr də təsdiq edir. İrəvanda, adətən, əsgər övladını itirən valideynlər işin açılması və günahkarların cəzalandırılması istəyi ilə ölkənin Müdafiə Nazirliyinə üz tuturlar, lakin, çox vaxt övlad itkisi ilə üzləşən valideynləri burada qapıdan qovub istintaq komitəsinə göndərirlər»-deyə hüquq müdafiəçisi bildirib. Aleksanyan əsgərlər arasında sağlamlıq problemləri ilə bağlı ölüm hallarının artmasının ötəri olmadığını bildirir. Onun sözlərinə görə, «erməni məmurlar öz uşaqlarının yerinə xəstə çağırışçıları belə, hərbi xidmətə göndərməkdən çəkinmirlər. Hətta son illər onlar hərbi xidməti 3 ilə qaldırmağı məsləhət görürlər. Bunların hamısı sosial bərabərsizlik yaradan qanunvericilik konsepsiyasının ən parlaq nümunəsidir. Belə ki, erməni məmurlar özlərini sığortalamaq üçün əllərindən gələn hər şeyi edirlər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info