“Azərbaycanlı gənclər bizim universiteti seçməklə bir sıra üstünlüklər qazanacaqlar“
Tarix: 01.12.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Professor Fadil Hoca: Gələn ildən etibarən Bakı Atatürk Liseyinin 3 məzunu Makedoniya Beynəlxalq Vizyon Universitetində pulsuz təhsil alacaq

Xəbər verildiyi kimi, bu yaxınlarda Makedoniya Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hocanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirilib, həmçinin Makedoniya Beynəlxalq Vizyon Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında akademik əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, tərəflər müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi tədqiqatlar aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər. Qeyd edək ki, bu Makedoniya və Azərbaycan universitetləri arasında həyata keçirilən ilk əməkdaşlıq olacaq.
İstər ümumilikdə səfəri, istərsə də imzalanan müqaviləni müsbət qiymətləndirən professor Fadil Hoca KİV-ə açıqlamasında 2014-cü ildə Makedoniya Respublikasının Nazirlər Kabinetinin qərarı ilə qurulan Beynəlxalq Vizyon Universitetinin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib: "Bu bizim üçüncü təhsil ilimizdir. Ümumilikdə 650 tələbəmiz var ki, onların arasında da Makedoniya ilə yanaşı Balkanlardan - Kosovo, Bosniya və Herseqovinadan, həmçinin Bolqarıstandan və Türkiyədən olanlar da var. İnşallah yəqin ki, önümüzdəki ildən etibarən Azərbaycandan da tələbələr olacaq. Həm Avropada olub, həm də türkcə təhsil almağın azərbaycanlı gənclər üçün çox önəmli olacağı qənaətindəyik. Onu da deyim ki, azərbaycanlı gənclər bizim universiteti seçməklə bir sıra üstünlüklər qazanacaqlar. Əvvəla, Beynəlxalq Vizyon Universiteti Makedoniyanın özəl universitetləri arasında ən keyfiyyətli təhsil verən universitetlərdən biridir. İkincisi, azərbaycanlı gənclər Makedoniya Beynəlxalq Vizyon Universitetində həm Türkiyə türkcəsində oxuyacaq, həm də Avropa dillərindən birini öyrənə biləcəklər. Üçüncüsü, Makedoniyada təhsil haqları çox ucuzdur".
Bakıya səfərləri çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də olduqlarını deyən rektor bildirib: "Səfər çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı, professor doktor Turan Yazqanın vəfatının 5-ci ilönümü ilə əlaqədar liseydə keçirilən anım mərasimində də iştirak etdik. Əslində Azərbaycana gəlməyimiz məhz iki məsələ ilə bağlı idi – Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq və bu önəmli törənə qatılmaq. Mərhum Turan Yazqan hocamızın Türk dünyasında və Azərbaycanda həyata keçirdiyi işləri hər zaman təqdir etdik. Biz də onun tələbələrindənik. Bakıda, onun yaratdığı Bakı Atatürk Liseyində olmaq xüsusi bir özəllikdir. Onu da bildirim ki, liseyin müdiri ilə müzakirə zamanı bir anlaşma əldə etdik. Həmin anlaşmaya əsasən gələn ildən etibarən Bakı Atatürk Liseyinin 3 məzunu Makedoniya Beynəlxalq Vizyon Universitetində pulsuz təhsil alacaq".
Sonda ölkəmizdə gedən quruculuq işlərini, respublikamızın inkişafını, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurları böyük sevinc hissi ilə qarşıladıqlarını bildirən professor Fadil Hoca "Azərbaycan bizim hər zaman "Can Azərbaycan" dediyimiz ölkədir. Bizim öz məmləkətimizdir. Bu, mənim Azərbaycana ilk səfərimdir və burda gördüklərimdən çox məmnun oldum. Bakı öz inkişafına görə Avropanın aparıcı ölkələrinin paytaxtlarından fərqlənmir. Allah sizi şərdən qorusun, Azərbaycan dövlətimiz getdikcə daha da güclü, qüdrətli olsun" deyib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info