“NeHarada.az” “RecExpo” sərgisində uğurla təmsil olunub
Tarix: 01.12.2017 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Noyabrın 28-30-da Bakıdakı “Expo Mərkəzi”ndə “Rec Expo” sərgisi keçirilib. Sərgi daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşmaqla, biznes sahəsində önəmli tədbirlərdən hesab olunur.
Biznesin  müxtəlif sferaları ilə bağlı əlverişli xidmətlər təklif edən innovativ “NeHarada.az” saytı da sərgidə ayrıca stendlə təmsil olunub. Bu barədə təəssüratlarını bölüşən “NeHarada.az” saytının rəhbəri Rəşad Əliyev sərgidə təmsilçiliyi məhsuldar hesab edir: “NeHarada.az” saytı olaraq ilk dəfə bu sərgidə iştirak etdik. Sərgi yüksək səviyyədə təşkil olunmuşdu və oraya qatılan şirkətlərin, qonaqların rəngarəngliyi ilə diqqət çəkirdi. Sərgi daşınmaz əmlak sahəsində və iqtisadi həyatda kifayət qədər populyardır və ölkədə 3-cü dəfə keçirildi.
Tədbirdə çıxış edənlər daşınmaz əmlak sahəsində xüsusi güzəşt və təkliflər təqdim edirdilər ki, bu da müştərilər və tərəfdaş şirkətlər üçün cəlbedici idi. Ümumiyyətlə, bu sərgini iqtisadi həyat baxımından da çox faydalı hesab edirəm.  Beynəlxalq səviyyəli bu sərgiyə yetərincə iş adamları baş çəkir və maraq göstərir. Beləliklə, “Expo Mərkəzi”ndə keçirilən tədbirdə iştirak etməklə beynəlxalq sərgilərdə təmsilçiliyimiz yönündə önəmli bir addım atmış olduq. Biz sərginin media bölməsində təmsil olunmuşduq. Məqsəd sərgidə xidmətlərimizi iştirakçılara əyani təqdim etmək idi. Sərginin ilk günü təqdimatımız oldu.”
R.Əliyev onu da diqqətə çatdırıb ki, “NeHarada.az” saytı olaraq mütəmadi şəkildə “Facebook” sosial şəbəkəsində istifadəçilərə hədiyyələr təqdim edir. “Facebook”da haştaqlarla paylaşım edən sosial şəbəkə iştirakçıları bu təklifimizi böyük rəğbətlə qarşılayır.
Ümumiyyətlə, bu sayt vasitəsilə siz, Azərbaycanın müxtəlif rayon və şəhərlərindəki məkanların yerini tapa və onların haqqında dolğun məlumat əldə edə bilərsiniz. Çox geniş kateqoriyalar üzrə fəaliyyət göstərən “Neharada.az”dan istifadə etmək üçün mobil tətbiqdən və ya mobil üçün uyğun saytımızdan istifadə etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info