BMT Suriya münaqişəsi ilə bağlı qətnamə qəbul edib
Tarix: 16.05.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


BMT Baş Assambleyası Suriya münaqişəsinin eskalasiyasını pisləyən və münaqişənin dinc yolla həllinə çağıran qətnamə qəbul edib. Tövsiyə xarakteri daşıyan qətnaməni 107 ölkə dəstəkləyib, 59 dövlət bitərəf qalıb, 12 ölkə, o cümlədən Rusiya, Belarus, Çin, İran, Suriya, Venesuela və Şimali Koreya sənədin əleyhinə səs veriblər.
Qətnaməni dəstəkləyən ölkələr arasında Azərbaycan da var. Qeyd edək ki, BMT Baş Assambleyası təxminən bir il əvvəl də analoji qətnamə qəbul edib, o zaman qətnamənin qəbulunu 133 dövlət dəstəkləyib. BMT-də çalışan diplomatlar bu dəfə keçirilən səsvermədə qətnamənin lehinə səs verən ölkələrin sayının azalmasını Suriyada hökumət qoşunlarına qarşı döyüşən silahlıların sayının artmasından doğan narahatlıqla əsaslandırırlar. Qətnamədə Suriyada insan hüquqlarının və humanitar hüquqların pozulması, Suriya hakimiyyətinin qonşu dövlətlərin ərazisini atəşə tutmaqda ağır silahlardan istifadə etməsi pislənir. BMT münaqişənin nizamlanması üçün keçid strukturu formalaşdırmağı, prezident və hökumətin funksiyalarını bu struktura verməyi, yeni Konstitusiya qəbulu və yeni seçkilərin keçirilməsini təklif edir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info