Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
Tarix: 01.12.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Zirə-Türkan avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda yol boyu son tamamlanma işləri aparılır, yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri görülür. Ümumilikdə isə yolun 65 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir.
İki qəsəbəni birləşdirmək baxımından xüsusi əhəmiyyətə malik yeni yol bağlantısının uzunluğu 7.1 kilometrdir. Yolun 2 kilometrlik hissəsi Türkan qəsəbəsinin daxili yoludur, 5.1 kilometrlik hissə isə tam olaraq yeni tras üzərində layihələndirilib.
Məlumata əsasən, yenidən qurulan Zirə-Türkan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində yeni piyada səkiləri inşa olunub, 12.5 kilometr uzunluğunda müxtəlif ölçülü yeni səki daşları düzülüb.
Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulub, hərəkətin normal təşkili üçün 96 ədəd yol nişanı və məlumatverici lövhə, həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədilə 185 ədəd işıq dirəyi quraşdırılıb.
Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub və 3 yerdə suqəbuledici anbarlar inşa edilib. Bundan başqa, 6 yerdə avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə xüsusi “cib”li hissələr yaradılıb, yol boyu boş ərazilərdə 100-dən artıq ağac əkilib.
Qeyd olunub ki, Zirə-Türkan yolunun tikintisi iki yaşayış məntəqəsinin 24 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdırır, yük və sərnişindaşımasını asanlaşdırır, vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 kilometrə yaxın qısaldır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info