“Excelsior Hotel & Spa Baku” oteli noyabrda birinci olub
Tarix: 01.12.2017 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Noyabr ayı üzrə aparılmış media monitorinqinin nəticələrinə görə, “Excelsior Hotel & Spa Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. Belə ki, “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə, otelin fəaliyyəti ilə bağlı mətbuatda 142 məlumat işıqlanıb. "Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı noyabr ayında mətbuatda 5 pres reliz işıqlamışdır. Cari ilin dekabr ayında da maraqlı tədbirlərin keçirilməsi planlaşdırııb. Otelin yeni xidmətləri haqqında məlumatlar daim opertaiv ictimaiyyətə çatdırılır. Həmçinin, oteldə daim maraqlı və faydalı tədbirlər keçirilir. PR menecerlər arasında keçiriləcək ədəyirmi masada otelçilikdə PR işinin təşkili, bu sahədə beynəlxalq təcrübə və metodlar, həmçinin bunların Azərbaycanda otelçilk PR-ının inkişafına tətbiqi imkanları müzakirə ediləcək. Tədbirdə otel sahəsində çalışan PR mütəxəssislər, ekspertlər bu sahədə öz təcrübələrini bölüşəcək, mövzu ətrafında fikir və təkliflər səsləndiriləcək. Gələcəkdə otelçilikdə mütəxəssislərin peşəkarlıq vərdiş və bacarıqlarının artırılması yönündə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Azərbaycanda otelçilik turizminin sürətlə inkişaf etməsi şəraitində otellərin daha səmərəli fəaliyyəti və imiclərinin müsbət formalaşması üçün otelçilik PR-ının inkişafı önəmlidir. Məhz bu baxımdan otelçilik üzrə PR məsələlərinə həsr edilmiş dəyirma masa aktuallıq kəsb edir. Dekabr ayının sonunda “AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin 2017-ci ildə həyata keçirdiyi işlərin illik hesabat təqdimatı olacaq.
 “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info