Beynəlxalq Əlillər günü ilə əlaqədar “Məzun evi”nin əlilliyi olan sakinləri ilə görüş olub
Tarix: 01.12.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin məzunu olan 207 nəfər gənc mənzillə təmin edilib ki, onlardan 40 nəfərdən çoxu əlilliyi olanlardır. Onların sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində lazımi işlər aparılır. Bu fikir 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “Məzun evi”nin əlilliyi olan sakinləri ilə görüş zamanı vurğulanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş iştirakçıları ilk növbədə “Məzun evi”ndə yaşayan əlilliyi olanlardan 10 nəfərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd olunub ki, ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyət göstərməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum gənclərin rifahına təminat verdiyinin əyani təzahürüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü ilə burada iki yaşayış binası inşa edilərək qeyd olunan gənclərin istifadəsinə verilib və daha bir 120 mənzilli binanın tikintisi də yekunlaşmaq üzrədir.
“Məzun evi”ndə mənzillə təmin edilmiş gənclərdən əlilliyi olanların müvafiq sosial təminat növləri – pensiya və sosial müavinətlərlə təminatı həyata keçirilir. Həmçinin onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində tez-tez bərpa müalicə kursu keçmələri təmin edilir, nazirliyin əlilliyi olan şəxslərlə bağlı təşkil etdiyi müxtəlif müsabiqə və yarışlarda iştirak etmələrinə şərait yaradılır. Əlillərin istirahətinin təşkili ilə bağlı tədbirlərə, habelə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Müsbət haldır ki, “Məzun evi”nin əlilliyi olan sakinləri sırasında idmana maraq göstərənlər, müxtəlif idman növlərində özünü sınayanlar da var. “Məzun evi”nin sakinlərindən olan Bahar Şıxıyeva da fəal paralimpiyaçılardan biridir.
Müəssisənin digər sakinləri kimi, əlilliyi olanların da məşğulluğunun təminatı üçün məqsədyönlü işlər görülür. Onlardan 6 nəfərinin “Məzun evi”ndəki ştat vahidlərində, 3 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə burada yaradılan xalça və tikiş sexlərində, digər bir sıra əlilliyi olan şəxslərin isə ayrı-ayrı iş yerlərində məşğulluğu təmin edilib. Dövlət uşaq müəssisələrinin məzunu olan gənclər buraya köçürüləndən sonra onların bir hissəsi ailə qurub və hazırda həmin ailələrdə 71 uşaq vardır. Yaxın günlərdə “Məzun evi”ndəki gənclərdən daha biri ailə quracaq və onun üçün toy mərasimi də təşkil ediləcək.
Görüş zamanı “Məzun evi”nin əlilliyi olan sakinlərinə müxtəlif hədiyyələr verilib.
“Məzun evi”nin sakinləri bu gün qayğı mühitində yaşadıqlarını və artıq kimsəsizlik sıxıntısı çəkmədiklərini bildiriblər. Onlar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum gənclərə, eləcə də onların sırasında əlilliyi olan şəxslərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info