“Almaniyada Adil Öksüzün yaxalanması barədə qərar çıxarılıb”
Tarix: 01.12.2017 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Almaniya hüquq-mühafizə orqanları Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinə rəhbərlik etmiş şəxslərdən biri - hazırda mühacirətdə olan Adil Öksüzün yaxalanması ilə bağlı qərar çıxarıb. Türkiyənin “Yeni Şafak” qəzetinin verdiyi məlumata görə, bu barədə Almaniya federal kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib. İyulun 15-də saxlanılan və ertəsi gün şərti azadlığa buraxılan A. Öksüzün Almaniyaya qaçdığı bildirilir. FETÖ-nün “sirr dağarcığı” hesab olunan A. Öksüzün yeri barədə məlumat verən şəxsə Türkiyə dövləti 4 milyon lirə mükafat vəd edib. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və Almaniya kansleri arasında telefon danışığı olub. Məlumata görə, Ərdoğan Angela Merkeli Soçidə Suriyaya dair keçirilmiş Rusiya-Türkiyə-İran sammitinin yekunları barədə məlumatlandırıb . Xatırladaq ki, Rusiya, Türkiyə və İran prezidentləri arasında görüş noyabrın 22-də Soçidə keçirilib. Telefon danışığı zamanı Suriyadakı vəziyyət müzakirə olunub. Liderlər həmçinin ikitərəfli münasibətləri, terrorçuluqla mübarizənin gücləndirilməsini və suriyalı qaçqınlar problemini müzakirə ediblər. Məlumata görə, A.Merkel suriyalı qaçqınlara yardımın ayrılmasını tezləşdirməyi vəd edib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info