BMT-nin rezident əlaqələndiricisi universitetdə
Tarix: 16.05.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Brukun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə ali məktəb haqqında məlumat verib. Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətləri, Qara Dəniz Ölkələri Birliyin üzvü olan bu ali məktəb dünyanın 80 tanınmış universiteti ilə beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin hazırlanması və tətbiqində uğurla iştirak edir. Bolonya prosesinin tələblərinə uyğun olaraq tələbə mobilliyinin artırılması istiqamətində də əhəmiyyətli işlər görülüb. Antonius Bruk təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə birlikdə təhsilin inkişafı və inteqrasiyası istiqamətində gördüyü işlərdən danışıb, Naxçıvan Muxtar Respublikasındakı dinamik sosial-iqtisadi inkişafı, ali təhsil quruculuğunu yüksək qiymətləndirib, Naxçıvan Dövlət Universiteti ilə əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. BMT-nin Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili, BMT-nin İnkişaf Proqramının layihələr üzrə meneceri Məzahir Əfəndiyevin iştirakı ilə keçirilən görüşdə dünyada ali təhsilin müasir vəziyyəti, universitetdə jurnalistikanın inkişafı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yay məktəblərinin təşkili, müştərək tədbirlərin keçirilməsi ilə bağlı layihələr təklif olunub, digər tərəfdaşlıq məsələləri müzakirə olunub.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info