“Bəzi ölkələr “Şərq Tərəfdaşlığı”nı Rusiyaya qarşı istifadə etmək istəyir“
Tarix: 03.12.2017 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


Aİ və “Şərq Tərəfdaşlığı”na üzv olan bəzi ölkələr bu formatları anti Rusiya məqsədlər üçün istifadə etməyə kökləniblər, lakin bu perspektivsizdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Avropa İttifaqına üzv olan bəzi ölkələrin “Şərq Tərəfdaşlığı”nı anti Rusiya məqsədlər üçün istifadə etmək niyyətində olduğunu müşahidə edirik. Onlar çoxluq təşkil etməsə də, özlərini çox aqressiv aparırlar. Bu, həmçinin, Böyük Britaniyanın baş naziri Tereza Meyin “Şərq Tərəfdaşlığı”n bu günlərdə Brüsseldə keçirilən sammitindəki çıxışında da özünü büruzə verdi.
Lavrovun sözlərinə görə, Aİ ölkələrinin əksəriyyəti bunun gərəksiz növbəti bir cəhd olduğunu və MDB ölkələri ilə istənilən təmaslara anti Rusiya xarakteri vermək niyyətinin səmərəsiz və perspektivsiz olduğunu anlayır.
“Biz, əlbəttə ki, ukraynalı, moldovalı və gürcü həmkarlarımızın özlərini necə apardığını görürük. Lakin, bir daha təkrarlayıram, onlar “Şərq Tərəfdaşlığı”nın sxemini anti Rusiya məcrasına yönəltməyə nail ola bilmirlər və mən əminəm ki, onlar buna nail ola bilməyəcəklər”, - deyə S.Lavrov qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info