3 dekabr-Beynəlxalq Əlillər Günüdür
Tarix: 03.12.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər



Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
AZƏRTAC xəbər verir ki, dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
2014-cü il iyunun 20-də dövlətimizin başçısının verdiyi Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ailələri və əlillər üçün mənzillər və şəxsi evlər tikilir. Həmin kateqoriyadan olan 5560 ailəyə mənzil və ya fərdi evlər verilib, onlardan təxminən 5 100 nəfərini Qarabağ müharibəsinin əlilləri və şəhid ailələri təşkil edir.
Bundan başqa, əlillərin protez-ortopedik məmulatlarla təmin edilməsi sahəsində də məqsədyönlü işlər aparılır. Bu il yanvar-oktyabr ayları ərzində 10,9 mindən çox əlilə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 1,3 min nəfərdən çoxu ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyi uğrunda döyüşlərdə yaralananlardır.
Bu ilin on ayı ərzində Bakı protez-ortopedik bərpa mərkəzinin Naxçıvan və Gəncə filialları 25,8 min nəfəri protez-ortopedik alətlərlə təmin edib. Bundan başqa, 2017-ci ilin 10 ayı ərzində 632 bərpa vasitəsi və protez-ortopedik məmulatları təmir edilib.
Bərpa proqramı çərçivəsində 1266 əlil yaz-yay mövsümü zamanı Xaçmaz, Lənkəran və Quba rayonlarına istirahətə göndərilib. Bundan başqa ilin on ayı ərzində 3170 nəfər müxtəlif ixtisaslara yiyələnmək üçün peşə hazırlığı kurslarına cəlb olunub. Yaxın vaxtlarda ölkəmizin bütün keçidlərində quraşdırılan 421 pandus əlil vətəndaşların hərəkətin rahatlığına xidmət edəcək.
Ölkəmizdə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır.
Bu gün Beynəlxalq Əlillər günüdür. Ətrafımızda, məhləmizdə, küçəmizdə, qonşumuzda yaşayan hansısa əlilə baş çəkmək, onun həyat və məişət şəraiti ilə tanış olmaq, imkan daxilində hansısa problemini yüngülləşdirmək yaxşı olmazmı?!
Əgər gücümüz heç nəyə çatmırsa, heç olmasa onunla həmsöhbət olmaq, bu yarımcan adamlarla dərdləşməyə nə söz?
Həm də təkcə bu gün yox, vaxtaşırı, imkan düşəndə...




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info