Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün yeni layihə
Tarix: 16.05.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün yeni layihəni həyata keçirir. YAP GB-dən bildiriblər ki, layihə “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi ilə birgə və “IB Club”un tərəfdaşlığı ilə reallaşıb.
“Youth in Business - Milli Biznes Çempionatı” layihəsinin açılış mərasimində YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP GB-nin sədri Seymur Orucov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun əməkdaşı Orxan Ərəbov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və başqaları iştirak ediblər.
Layihənin ideya müəllifi olan Şəmsi Bayramzadə onun haqqında ətraflı məlumat verərək bildirib ki, “Youth in Business - Milli Biznes Çempionatı”nın əsas məqsədi gənclər arasında biznes və sahibkarlıq biliklərinə yiyələnməyə nail olmaqdır. Layihə ilk dəfə 2012-ci ildə həyata keçirilib. Bu layihəyə universitetlər üzrə təlimçilər və təlimçi olmaq iddiasında olan gənclər cəlb edilib. Bakıdakı 13 ali təhsil ocağı üzrə 16 komanda hazırladıqları biznes planlarını çempionata təqdim edəcəklər. Qalib komandalar mükafatlandırılacaqlar. Gənc komandalardan biri biznes layihəsini təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info