“İntellektual Birİnci” Naxçıvanda
Tarix: 04.12.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Azərbaycan İntellektual Birİncisi” layihəsinin  Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə  regional turniri Naxçıvan şəhərində  keçirilib. 
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri  Azad Cabbarov Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən, Naxçıvanda gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında uğurlu gənclər siyasətindən, Gənclər Fondu olaraq maliyyələşdirilən layihələr, gənclərə göstərilən dəstək haqqında fikirlərini qeyd edib.
“İrəli” İctimai Birliyinin sədri  MirHəsən Seyidov qeyd edib ki, ölkəmizdə gənclərə, onların inkişafına dəstək istiqamətində çox addımlar atılır:
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir”.
Rəsmilərin çıxışı başa çatdıqdan  sonra komandalar 4 intellektual oyun üzrə yarışıblar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.  
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və 6 dekabr 2017-ci il tarixində,  Bakı şəhərində  keçiriləcək.
Qeyd edək ki, “Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 
Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi Azərbaycanda 11 regional turniri yekunlaşdırıb.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edib. Layihə zamanı regional turnirlər: Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində, Naxçıvan Muxtar Respublikasında keçirilib. Beləliklə Azərbaycanın 11 regional turniri 70 rayonda yekunlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info