“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə elanının Forması” təsdiqlənib
Tarix: 04.12.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 noyabr tarixli qərarı ilə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə elanının Forması” təsdiqlənib.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, bu qərarla birinci–beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibə elanının formasına dair vahid standartlar müəyyənləşdirilir.
Həmin qərara əsasən, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə DİM-in internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunmuş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul olunur və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal 3 vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info