Azərbaycan Abu-Dabidə keçirilən festivalda təmsil olunur
Tarix: 04.12.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunaraq hər il keçirilən beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edilib.
Dekabrın 1-dən 25 yanvar 2018-cil il tarixinədək davam edəcək festivalda Azərbaycan pavilyonunun qurulması təşəbbüsü respublikanın BƏƏ-dəki səfirliyi tərəfindən irəli sürülüb.
Tədbirin təşkilatçısı olan, ölkə prezidentinin adını daşıyan və fəaliyyətini millətin anası, ölkənin birinci xanımı Şeyxa Fatimənin patronajlığı altında həyata keçirən Xəlifə Fondu ilə təmas quran səfirlik festivalda Azərbaycan üçün yerin ayrılması barədə razılıq əldə edib, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə ölkəmizin şirkətləri üçün iştirak imkanı yaradıb.
Ötən il ziyarətçiləri iki milyon nəfəri ötən festivalda 20-dən çox ölkə özlərinin müxtəlif məhsullarının və xidmətlərinin satışını həyata keçirir. Festivalın ilk günü səfir Daşqın Şikarov və xanımı Ülviyyə Şikarova, o cümlədən səfirliyin əməkdaşları Azərbaycan pavilyonunu ziyarət edib, təşkilati məsələlərin vəziyyəti ilə maraqlanıblar. Şirkətlər arasında BƏƏ bazarında fəaliyyətini yeni qurmuş və genişləndirən Azərbaycanın yeganə kosmetika istehsalçısı olan Gazelli Group və Zakher turizm xidmətləri şirkətləri tədbirin məhsul və xidmətlərin bu bazarda daha çox tanıdılması üçün yaxşı platforma olduğunu bildiriblər. Pavilyonda Azərbaycanda istehsal olunan qida və içki məhsulları, turizm xidmətləri, suvenirlər və digər məhsullar sərgilənir.
3 dekabr tarixində BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan festivalı ziyarət edib, ölkələrin pavilyonları ilə tanış olub. Şeyx Məhəmmədin iştirakı ilə keçirilmiş xüsusi tədbir proqramında Azərbaycan səfiri və xanımı da iştirak edib.
Səfirlik iki ay davam edəcək festivalın mədəni hissəsində Azərbaycandan musiqiçilərin çıxışlarının da təşkil edilməsi və maliyyələşdirilməsi barədə razılıq əldə edilib, müvafiq təklif  Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.
Tədbir boyunca Azərbaycan pavilyonunun daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info