“Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda konfrans keçirilib
Tarix: 04.12.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Bakıda Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin mühüm ictimai və siyasi əhəmiyyətə malik olduğunu bildirib. O, Qafqazşünaslıq İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində xeyli uğurlu işlər həyata keçirməsinin, irəli sürdüyü problemlərə gənc tədqiqatçıların xüsusi maraq göstərmələrinin təqdirəlayiq olduğunu vurğulayıb.
 
 
AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova XVIII əsrdən başlayaraq kəskin geopolitik rəqabət meydanına çevrilən Qafqaz regionunun bu günə qədər dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri altında olduğunu deyib. N. Axundova bildirib ki, minilliklərlə Avropanı Asiya ilə birləşdirən Qafqaz regionu həm də xristian və islam sivilizasiyalarının qovuşduğu məkandır: “Bu region vacib strateji platforma olaraq müasir dövrün ziddiyyətlərinin və sarsıntıların mərkəzinə çevrilib. Bu sırada regionda müxtəlif dövlətlərin geosiyasi, iqtisadi maraqlarını və müxtəlif etno-konfessional toqquşmaları misal göstərmək olar”.
 
 
Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Cənubi Qafqaz 100 il əvvəl və indi: müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib. Konfrans müxtəlif mövzularda bölmə iclasları ilə davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info