“CountrySTAT-Azərbaycan” platforması istifadəyə verilib
Tarix: 04.12.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


"CountrySTAT-Azərbaycan" platforması müasir “FENIX” texnologiyasından istifadə edərək kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair məlumatların bölüşməsi üçün innovativ alətdir. Bu sistem “bir pəncərə” prinsipinə əsaslanan mərkəz kimi çıxış edərək, etibarlı rəsmi məlumatların vaxtında toplanmasına imkan verir.
Bu fikirləri dekabrın 4-də Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Kənd təsərrüfatı ilə bağlı siyasət sənədlərinin və proqramların hazırlanması, monitorinqi və qiymətləndirilməsi potensialının inkişaf etdirilməsi mövzusu” çərçivəsində keçirilən “CountrySTAT-Azərbaycan” platformasının rəsmi açılışı mərasimində FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.
Qeyd olunub ki, tədbirdə məqsəd yüksək səviyyəli dövlət orqanlarını, regional və beynəlxalq təşkilatları və milli qurumları "CountrySTAT-Azərbaycan" platformasının əhəmiyyəti barədə maarifləndirmək, onların Azərbaycanda sözügedən platformanın dəstəkləməsini və onun dayanıqlığının təmin edilməsində fəal iştirak etmələrini təmin etməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan nefti bahalaşıb
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info