“Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş sənəd Azərbaycanın maraqlarına tam cavab verir”
Tarix: 04.12.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitimdə qəbul edilən Birgə Bəyannamədə əks olunan müddəalar Azərbaycanın maraqlarına tam cavab verir.
Bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
Səməd Seyidov deyib ki, Brüssel Sammitində qəbul olunmuş sənəd Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq konfransda da müzakirə edildi. Bu sənəddə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təsbit olunması Azərbaycan Prezidentinin xarici siyasətinin uğuru kimi qiymətləndirilir. Prezident İlham Əliyev Sammitdəki çıxışında da ərazi bütövlüyü, separatizmə qarşı birgə mübarizə məsələlərini qeyd edib. Bu gün Avropanın özündə də ciddi narahatlıq doğuran proseslər gedir. Ona görə də yekun sənəddə məhz həmin məsələlərin əksini tapması bizim üçün də çox vacibdir və bizim mövqelərimiz bu məsələdə üst-üstə düşür.
Son vaxtlar Avropa İttifaqı məkanında müxtəlif fikir ayrılıqlarının olduğunu vurğulayan Milli Məclisin komitə sədri deyib ki, Tbilisidə keçirilən konfransda əslində bu məsələlərə aydınlıq gətiriləcək. Son vaxtlar Avropa İttifaqının strukturlarında ciddi problemlər yaşanır. Müxtəlif fikir ayrılığı da bununla əlaqədardır. Ona görə də Brüssel Sammitindən sonra belə bir konfransın təşkili çox vacibdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info