Yapon oftalmoloq aldığı pul mükafatını Azərbaycandakı məcburi köçkünlərə verəcək
Tarix: 04.12.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri, oftalmoloq Akio Kanai Yaponiyanın “Yomiuri” qəzetinin ən yüksək mükafatı olan “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülüb.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, A. Kanai həmin mükafatın 5 milyon yen həcmindəki qisminin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə köməklik məqsədilə ayrılması qərarına gəlib və bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  məktub göndərib.
 
Dövlət Komitəsi nəzərə çatdırır ki, “Fuji Optical” Co.Ltd  şirkəti  2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək məcburi köçkünlərə təmənnasız oftalmoloji xidmət göstərir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır. “Fuji Optical” Co.Ltd şirkəti tərəfindən 2005-2017-ci illərdə Azərbaycandakı fəaliyyətinin  yerinə  yetirilməsi   üçün   2,5 milyon dollaradək vəsait xərcləyib. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə 25 mindən  çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs  “Fuji Optical”  şirkətinin bu xeyirxah missiyasından yararlanıb. Görüşlərin birində A. Kanai 35 illik fəaliyyətləri dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələri ən uğurlu layihələrdən  biri olduğunu qeyd etmişdi. Bu da ölkəmizə, eləcə də qaçqın və məcburi köçkünlərimizə verilən ən böyük dəyərdir. A. Kanai hələ 2006-cı ildə BMT QAK tərəfindən təsis edilmiş “Nansen qaçqın mükafatı”na layiq görülüb  və mükafat olaraq ayrılmış maliyyə vəsaiti hesabına Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində  məcburi köçkünlər üçün su artezian quyusu qazılıb istifadəyə verilib. Dövlət Komitəsi inanır ki, “Fuji Optical” şirkəti öz xeyirxah missiyasını  Azərbaycanda gələcəkdə də davam etdirəcək".                               
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
ƏƏSMN-də yeni təyinatlar
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info